суббота, 31 декабря 2016 г.

Sizin yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliy günü münasibəti ilə təbrik edirəm

Salam dəyərli dostlar!
Sizin yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliy günü münasibəti ilə təbrik edirəm.Sizlərə can sağlığı,xoşbəxtlik,bolluq arzulayıram.

Güclü.Strateji.Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə olmağınızı arzulayıram.
Ən xoş arzularla: Uğur Konsepsiyası layihəsininrəhbəri Fərid Mikayılov!

https://www.facebook.com/Ugur.Konsepsiyasi.Layihesi/

среда, 21 декабря 2016 г.

Güclü , uğurlu insan olamaq üçün Güclü.Planlı.Strateji düşüncə mədəniyyətinə sahib olmaq lazımdır!

Güclü.Planlı.Strateji düşüncə mədəniyyətinə sahib olub digətlərindən öndə olmaq istəyirsənsə"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul.
Güclü , uğurlu insan olamaq üçün Güclü.Planlı.Strateji düşüncə mədəniyyətinə sahib olmaq lazımdır!
https://www.facebook.com/Ugur.Konsepsiyasi.Layihesi/

воскресенье, 11 декабря 2016 г.

среда, 30 ноября 2016 г.

среда, 23 ноября 2016 г.

Ilk tədbirimizi ,İstiqlalımızın beşiyi, elm,mədəniyyət və qəhrəmanlar şəhəri olan GƏNCƏdən başlayırıq

Ilk tədbirimizi ,İstiqlalımızın beşiyi, elm,mədəniyyət və qəhrəmanlar şəhəri olan GƏNCƏdən başlayırıq .in şəa Allah. Təhsilimizi daha yaxşı bilən yerli ekspertlərlə.Gəncə ,Şəmkir,Göygöl,Mingəcevir, bir sözlə Gəncəbasar bölgəsinin bütün müəllimlərini,valideyinləri, təhsil üzrə idarəediciləri, məktəb psixoloqlarını ,gələcəkdə bu işdə işləmək istəyən həmkarlarımızı dəvət edirik..

We are getting ready for the summer 2017

We are getting ready for the summer 2017 . New catalog already available for the 6th Multicultural Summer School. Email us to receive a full version. More than 6000 copies has been already spread.
Наша команда уже готовится к лету 2017! Уже разработан новый Каталог 6ой Мультикультурной Летней Школы. Пишите нам,чтобы получить полную версию. Более 6000 эксземпляров уже распространено.

суббота, 5 ноября 2016 г.

Ailə Psixoloqu Sevinc Məhərrəmli ölkəmizdə daimi psixoloji fəaliyyətə başladı.

18 oktyabr 2015 - 18 mart 2016-cı il Türkiyə Cümhuriyyətinin Üsküdar Üniversiyesinin . Aile Uyğunlama ve Araşdırma Merkezi. AİLƏ DANIŞMANLIĞI SERTİFİKASI - nı qazanmış Ailə Psixoloqu Sevinc Məhərrəmli ölkəmizdə daimi psixoloji fəaliyyətə başladı.
Xidmətlərimiz!

1)Depressiya 
2)Həyəcan pozuntusu
3) Panik atak
4)Obsessiya 
5)Qorxular
6)Fobiya
7)Davranış pozuntusu
8) Qadın və Kişı münasibətləri( Ailədaxili münaqişələr)
9) Fərdi işgüzar münasibətlər 
10) Xəyanət və xəyanətin ilkin fəsadları 
11) Seksual problemlər 
12) Hamilələrlə iş 
13) Posttravmatik stress 
14) Abituriyentlərlə imtahan öncəsi iş 
15)Ünsiyyət qurma problemləri
Telefon:
+99450 425 03 37
E mail: vipsychologist@mail.ru
Həftənin beş günü saat 10:00 - 18:00 qədər əlaqə saxlaya bilərsiniz
https://www.facebook.com/by.Sevinj.Maharram/

воскресенье, 30 октября 2016 г.

ВО СКОЛЬКО НУЖНО ЛОЖИТЬСЯ СПАТЬ, ЧТОБЫ ПРОСЫПАТЬСЯ БОДРЫМ… ЭТА ТАБЛИЦА — ПРОСТО НАХОДКА!

Каждому знакомо чувство, когда ненавистный будильник вырывает вас из объятий сладкого сна на самом интересном моменте. Вы долго не можете прийти в себя, понять, где вы, и весь день чувствуете себя разбитым. Но к счастью, есть способ всегда просыпаться легко, передает Маркетиум.
Как известно, во время сна у человека чередуются две основные фазы сна: быстрый и медленный. Хороший ночной сон состоит из пяти–шести таких полных циклов. Ученые рассчитали продолжительность каждого из них, что позволило выделить промежуток времени, когда организм будет находиться в фазе быстрого сна. Именно в это время легче всего проснуться.

В среднем человек засыпает за 15 минут, то есть если вам нужно проснуться в 6 утра, вам лучше всего лечь спать в 20:45 или же в 22:15. С помощью этой таблицы вы узнаете, во сколько вам нужно лечь спать, чтобы проснуться бодрым в нужное время:

среда, 19 октября 2016 г.

Addım-addım hərəkət edib və səbrlə işlərinizin mükafatını dua edib ALLAHDAN gözləyin!

Salam dəyərli dostlar!
Səbr edən qalib olur!
İstək,hədəf tam dəqiq olduqda məqsədli şəkildə hərəkət edin.
Boş-boş oturub mən səbr edirəm istəyim və hədəfim real olacaq və mən uğurlu olacam, bu tip yanaşama düzgün deyil.
Addım-addım hərəkət edib və səbrlə işlərinizin mükafatını dua edib ALLAHDAN gözləyin!

воскресенье, 9 октября 2016 г.

AYETUL-KÜRSÜ Tərcüməsi:

AYETUL-KÜRSÜ

Bismillаhir-Rәhmаnir-Rәhim
Әllаhu lа ilаhә illа huvәl-hәyyul-qәyyum, lа tәхuzuhu sinәtun vә lа nәvm, lәhu mа fis-sәmаvаti vә mа fil-әrz, mәn zәl-lәzi yәşfәu indәhu illа bi-iznihi, yәlәmu mа bәynә әydihim vә mа хәlfәhum, vә lа yuhitunә bişәyin min ilmihi illа bimа şа-ә, vәsiә kursiyyuhus-sәmаvаti vәl-әrz, vә lа yәuduhu hifzuhumа, vә huvәl-Әliyyul-Әzim (255). Lа ikrаhә fid-din, qәd tәbәyyәnәr-ruşdu minәl-ğәyy, fәmәn yәkfur bit-tаğuti vә yumin billаhi fәqәdis-tәmsәkә bil-urvәtil-vusqа, lәn-fisаmә lәhа, vәllаhu Sәmiun Әlim (256). Әllаhu vәliyyul-lәzinә аmәnu yuхricuhum minәz-zulumаti ilәn-nur, vәllәzinә kәfәru әvliyаuhumut-tаğutu yuхricunәhum minәn-nuri ilәz-zulumаt, ulаikә әshаbun-nаri hum fihа хаlidun[Beqere suresi 255-257-ci ayeler]. 

Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə! Allahdan başqa heç bir Tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan ) Əbədi, əzəli varlıq Odur. O, nə mürgü,nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?! O,bütün yaranmışların keçmişini və gələcəyini bilir. Yaranmışlar Allahın elmindən, Onun özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca, ən böyük varlıq da Odur! Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artıq qırıla bilməyən ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. Allah ona iman gətirənlərin dostudur,onları zülmətdən çıxardıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Şeytandır. Onları işıqdan ayırıb, zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.

пятница, 30 сентября 2016 г.

среда, 21 сентября 2016 г.

понедельник, 12 сентября 2016 г.

Bayramınız mübarək

Salam əziz dostlar!
"UĞUR KONSEPSİYASI" Layihəsi adından sizləri qurban bayramı münasibəti ilə təbrik edirik.
Həyatınız xeyirli uğurlu olsun,möhkəm can sağlığı,xoşbəxtlik,bolluq diləyirik.
https://www.facebook.com/Uğur-Konsepsiyası-layihəsi-1377189935936932/

суббота, 10 сентября 2016 г.

Alternativ plan qrub hərəkət edin.

Salam dəyərli dostlar.
Səbr edib yaxşıya köklənin, istədiyiniz alınmasa məyus olmayın hədəflərinizə çatmaq üçün məqsədli şəkildə alternativ plan qrub hərəkət edin.

Həqiqətən BABALARIMIZIN müdrikliyi sərhəd bilməyib.

Babam mənə tez-tez deyərdi:
- Suyu atın içdiyi yerdən iç. At heç vaxt pis su içməz;
- Yatağını pişiyin uzandığı yerdə sal;
- Qurd dəymiş meyvəni ye;
- Üzərinə mığmığaların oturduğu göbələkləri ürəklə götür;
- Ağacı köstəbəyin qazdığı yerdə ək; 
- Evi ilanın özünü günə verdiyi yerdə tik;
- Quyunu quşların istidə yuva saldıqları yerdə qaz;
- Sübh tezdən oyansan, günün bərəkəti sənin olar;
- Daha çox göyərti yesən, güclü ayaqlara və heyvandakı kimi dözümlü ürəyə sahib olarsan. Suda tez-tez üzsən, torpaq üstündə özünü balıq suda üzən kimi hiss edərsən. 
- Tez-tez ayağının altına yox, səmaya bax və bu zaman sənin düşüncələrin aydınlaşacaq;
- Daha çox susmağa üstünlük ver- bu zaman ruhun aramlıq tapar. 

четверг, 8 сентября 2016 г.

Dua güclü və pozitiv enerji mənbəyidir

Salam dəyərli dostlar! 
Dua güclü və pozitiv enerji mənbəyidir,
Hər bir halımızda dua və şükr edək,təşəkkür edək,qarşımızda yaranan neqativ və baryerləri aşmağa kömək edən duadır, taleyimiz üzərində qələbə qazanmağa kömək edən sistem varsa duadır.

пятница, 26 августа 2016 г.

ALLAH verən ömrü zay etməyək

Из чего НА самом деле делают сигареты. Слабонервным не смотреть!

Печальная статистика гласит, что практически половина жителей планеты на данный момент курит сигареты, остальная часть это пассивные курильщики. Что таит в себе покупка пачки сигарет? Предлагаем взглянуть на видео ниже:

... Источник: http://kaktus.site/2016/08/25/iz-chego-na-samom-dele-delayut-sigarety-slabonervnym-ne-smotret/

среда, 24 августа 2016 г.

"Ayətul-kürsü" Duasının şərhi

"Bismillahir-rəhmanir-rəhim"

Qur'an ayətlərinin səyyidi, ən böyüyü, ən üstünü Ayətul-kürsüdür. Bəqərə surəsində bir ayət var ki, o Qur'an ayətlərinin səyyididir.
Bu ayət oxunanda şeytan ləin o evdən qaçar. Həzrəti Mühəmməd s. ə. merac gecesində "Lövhi məhfuz"a baxarkən üç ayrı yerdə, üç nur gördüyünü bəyan edir.
- Ya rəbbi, bu üç nur nədir?
Cənabi həqq buyurur:
- Onlar Ayətul-kürsi, Ya'sin və İxlas (qülhüvəllah) surəsinin yerləridir.

Həzrət buyurdu:
- Ya rəbbi, Ayətul-kürsünün savabı nədir?

- Allah buyurur:
- O mənim sifətimdir. Onu bir dəfə oxuyan qiyamət günü mənə baxacaqdır, yə"ni, görəcəkdir.
Həzrəti Əlidən (ə.s) rəvayətdir ki, Həzrət Mühəmməd (s.ə) buyurmuşdur ki, Allah-təala Kürsünü incidən yaratmışdır.
Kürsünü böyüklüyünü Allahdan başqa heç kəs dərk edə bilməz. Bu böyük kürsünün yanında göylər və yerlər səhranın
ortasında kiçik bir halda kimidir. Hədis şərifdə deyilir ki, günəşin nuru Kürsünün nurunun 70 cüzündən bir cüzdür.
Kürsünün nuru Ərşin çiyinlərindən saxlayan mələklər ilə, Kürsünü çiyinlərində saxlayan mələklər arasında 140 pərdə vardır.

Bu pərdələrin 70-i nurdan, 70-i zülmətdən - qaranlıqdandır. Hər pərdənin arası 500 illik məsafədir. Əgər bu pərdələr olmasaydı Kürsünü saxlayan mələklər Ərşin nurundan yanardı. 7 qat səma 7 qat yer Ərşin yanında qeyb olub itir. Ərşi-əla Allah-təlanın sarayı kimidir. Allah-təla əmri oradan verir. Allahın əmri Kürsünün üzərinə endiyi vaxt, mərmərin üstünə düşən ağır qızıl zəncirin səs çıxardığı səs kimi səs gələr. Kürsünü saxlayan mələklər Allahın əmrinin əzəmətindən və bu səsin şiddətindən özlərindən gederlər, ayıldıqları zaman Ərşdəki mələklərdən soruşarlar: "Rəbbiniz nə əmr buyurdu?". Onlar cavab vererlər: "Haqqı və doğrunu əmr buyurdu". Allah-təalanın əmri Ərşil-Əladan-Kürsüyə, Kürsüdən Sidrətül-Müntəhaya, oradan da səmanın 7-ci qatına gəlir.

Beləliklə, Allah-təalanın əmri bütün səmalardan keçərək dünyaya gəlir. Əgər Allah-təalanın əmri 7 qat göylərdən keçməyib, vasitəsiz olaraq dünyaya və insanlara gəlsəydi İlahinin əmrinin əzəmətinin şiddətindən yer üzü məhf olardı.
Həzrət Peygəmbər (s.ə) buyurub: Bir Ayətəl-kürsü oxumaq min ayə oxumağa bərabərdir. Ayətəl-kürsünün dili və canı var. Bir şəxs Ayətəl-kürsünü oxuduğu zaman, Ayətəl-kürsü Ərşi-Əlanın altında səcdəyə düşər, Allah-təladan onu oxuyanın əfn olunmasına diləyər. Ayətəl-kürsündə 7 qala qüvvəsi var. Hər kim ixlas qəlblə bir Ayətəl-kürsü oxuyarsa, iç-içə 7 qala içinə girmiş kimi, mə'nəvi qüvvət qazanır və qorunur. Daha artıq oxuyan daha çox qüvvə qazanır. Ayətəl-kürsünü Həzrəti Peyğəmbərə (s.ə) 70 000 mələk nazil olub gətirmişdir. Ayətəl-kürsü namazdan əvvəl oxunarsa şeytan ləin onu çaşdıra bilməz, namazını sahman və qüsursuz qılar. Şeytan ləinin 70 cür tələsi var. Əgər bunlardan Allaha sığınıb, dualar oxunmazsa insanın imanını alır.

Ayətəl-kürsünü oxuyanı Allah-təala xəta-bəla, bütün təhlükələrdən, şeytanın şərrindən hifz edib qoruyar. Namazdan sonra
Ayətəl-kürsü oxuyan şəxs digər namaza qədər Allahın himayəsində olar. Hər kim evindən çıxanda Ayətəl-kürsünü oxuyarsa, Allah-təala o şəxs üçün 70 000 mələyi ona əstəğfur üçün ayırır. Həzrət Əli ələyhis-səlamlan rəvayət edilmişdir ki, Bədr döyüşü qurtarana kimi Həzrət Mühəmməd Peyğəmbər (s.ə) "Ya Həyyul ya Qəyyum" kəlmələrini zikr edirdi. "Ya Həyyul ya Qəyyum" Allah-təalanın ən böyük adlarındandır. Əgər Allahın bunlardan da böyük adları olsaydı Həzrət Peyğəmbər (s.ə) döyüş zamanı onları zikr edərdi. Şeyxül-Əkbər, Arifi-Billah, Muhiddin-Ərəbi Ayətəl-kürsünün fəziləti haqqında belə demişlər:

Hər kim Ayətəl-kürsünü gece gündüz 1000 dəfə oxuyarsa və bu prosesi 40 gün davam edərsə (ara vermədən), Allaha and içirəm, Qur'ani - Kərimə and içirəm ki, o kimsənin ruhaniyyəti inkişaf edib, qəlb gözü, bəsirət gözü açılar, mələklər o şəxsi ziyarət etməyə gələrlər. O şəxsin hər muradı yerinə yetər. Yenə də buyurmuşlar ki, hər kim Ayətəl-kürsünü hərflərinin sayı qədər, yə'ni 175 dəfə və yaxud Mürsəl Peyğəmbərlərin sayı qədər, yə'ni 313 dəfə oxusa, o şəxsə göylərdə və yerdəki məxluqatın hamısı itaət edib, hər şeydən mühafizə edərlər, düşmənlərin nə əli, nə də dili ona heç bir zərər və ziyan verə bilməz. Hər kim Ayətəl-kürsünü gündə 18 dəfə oxusa Allah-təala o şəxsin qəlbini hikmətlə doldurar, ruzuna bolluq verər. Hər kim Ayətəl-kürsünü yazıb üstündə gəzdirərsə, Allahın iznilə hər cür bəla və müsibətlərdən amanda olar, gecə gəzən cin şeytanların şərindən mühafizə olunar.

Həzrət Peyğəmbər (s.ə) buyurub ki, hər hansı bir şəxs yatan vaxta Ayətəl-kürsünü oxusa, xudavəndi aləm o şəxsi hifz etmək üçün mələklər göndərər ki, onu bəlalardan hifz edib, sübh vaxtına qədər ona pasiban olsunlar.
Həzrət Peyğəmbər buyurub ki, bir evdə Ayətəl-kürsü oxunanda şeytan lə'in 30 gün o evdən uzaq olar. O ayənin bərəkətindən o evə daxil ola bilməz.

Həzrət Peyğəmbər buyurub ki, Ya Əli, bu ayəni fərzəndlərinə tə'lim eylə, Həqq-təala göydən yerə elə bir ayə göndərməyib ki, Ayətəl-kürsündən böyük ola. Həzrət Peyğəmbər buyurub ki, Qur'ani-məciddə vaqe olan ayələrin böyüyü Ayətəl-kürsüdür. Hər kəs Ayətəl-kürsünü oxusa, həqq təala mələk göndərər ki, o şəxsin pis əməllərini pozalar, yaxşı əməllər yazarlar, taki Ayətəl-kürsü oxunub qurtarana kimi. Həzrət Peyğəmbər buyurub ki, hər kəs vacib namazdan sonra Ayətəl-kürsünü oxusa, elə ki, əcəli yetişdi vəfat etdi, o şəxs behiştə gedər. Hər kəs yatan vaxta oxusa o şəxsin qonşularını və qonşularının 70 ətraf qonşularının özlərini və evlərini mühafizə edər.

Bir gün Həzrət Peyğəmbərin əshabələrinin arasında söhbət oldu ki, Qur'ani-şərifdə hansı ayə fəzilətlidir. Əli-ibn-əbu-talıb ələyhissalam buyurdu ki, nə üçün demirsiniz ayətəl-kürsü əfzəldir. 
O, buyurdu ki, Rəsulu-xuda mənə buyurub ki:

Bəşərin seyyidi Adəmdir,
Ərəbin seyyidi Mühəmməddir,
Farsın seyyidi Səlmandır,
Rumun seyyidi Süheyyibdir,
Həbəşin seyyidi Bilaldır,
Dağların seyyidi Turi-sinadır,
Günlərin seyyidi Cümədir,
Kəlamların seyyidi Qur'andır,
Qur'anın seyyidi Bəqərə Surəsidir,
Bəqərənin seyyidi Ayətəl-kürsüdür.

понедельник, 22 августа 2016 г.

" UĞUR KONSEPSİYASI" Layihəsinin prinsipləri

Salam dəyərli dostlar!
Sizlərə " UĞUR KONSEPSİYASI" Layihəsinin prinsipləri ilə tanış etmək istərdim.
1) Güclü düşüncə mədəniyyəti.
İstək - Məqsəd - Hədəf
tam aydın və dəqiq olmalıdır.
Güc dəqiqlikdir - Güclü düşünün.
2) Strateji düşüncə mədəniyyəti.
Hər birimiz strateji düşünməyə qadirik. İstək - Məqsəd - Hədəf tam və dəqiq olduqda , məqsədli şəkildə istəklərimizə və hədəflərimizə çatmaq üçün işlək sistem yaratmaq.
3) Planlı düşüncə mədəniyyəti.
İstək -  Məqsəd - Hədəf tam aydındır,dəqiqdir,strateji olaraq işlək sistem mövcutdur.İşlək sistemi planlı olaraq işlək mexanizimlərə çevirmək və sistemli şəkildə hərəkət etmək.
QEYD: Hər bir addımımız yazılmalıdır, yazı güclü düşüncə mədəniyyətinə aparan yoldur,yazı dəqiqləşdirir və alternativ plan yaratmaqda kömək edir.

"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!

"UĞUR KONSEPSİYASI" layihəsinin
Rəhbəri Fərid Mikayılov!

https://www.facebook.com/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si-1377189935936932/?ref=hl

воскресенье, 21 августа 2016 г.

Həyatda bəndəyə ALLAHDAN savayı dəstək olan yoxdur.

Salam dəyərli dostlar.
İstəklərimizi.Hədəflərimizi tam dəqiqləşdirib və məqsədli şəkildə sistemli olaraq planlı şəkildə hərəkət etsək, istək və hədəflərimizə tam nail olarıq
Həyatda bəndəyə ALLAHDAN savayı dəstək olan yoxdur.
Salam dəyərli dostlar!
Yaxşı və ya pis olmaq seçim bizimdir,yaxşının yaxşı mükafatı olacaq,pisin pis,hər birimizin seçimi var,bəs sənin seçimin nədir dəyərli dost?

суббота, 23 июля 2016 г.

LİDER və LİDER kimdir?


Salam dəyərli dost!
Sosial şəbəkələrdə BOSS və LİDER barədə müxtəlif məlumatlar görürük və təbii ki, oxçarlıqlar çoxdur.
Nə təbliğ olunur BOSS pisdir amma LİDER üzü yola və mehribandır və heç kimi cəzalandırmır.
Bu belə deyil LİDER - idarəedici lazım gələndə cəzalandırmağı bacarmalıdır və cəzalandırır,əmr və göstərişlər verir və komanda LİDER - idarəedicinin əmrlərini sözsüz yerinə yetirir və yetirməlidir
çünki LİDERDİR.
LİDER -idarəedici  özünə qarşı və komandasına qarşı məsuliyyətli olmalıdır
LİDER -idarəedici  komandasının hər bir üzvü haqda tam və dolğun məlumata sahib olmalıdır.
LİDER -idarəedici  ciddi və dinləməyi bacaran şəxs olmalıdır
LİDER -idarəedici  mübariz olmalıdır və mübarizə aparmağı bacarmalıdır.
LİDER -idarəedici  sözünün üstündə durmalıdır və boş , mənasız danışmamalıdır.
LİDER -idarəedici  lazım gəldikdə cəzalandırmağı bacarmalıdır ( düzgün və şəxsiyyətə toxunmadan)
LİDER -idarəedici  sistem qurur və sistemin işlək mexanizimləri komandası olur.
LİDER -idarəedici  imtina etməyi və öz üzərində daima işləməlidir.
LİDER -idarəedici  özünü nədənsə məhrum etməyi bacarmalıdır.
LİDER -idarəedici  komandasına komandası isə ona inanır.
LİDER -idarəedici  sözdə yox əməldə işlərini subut etməlidir.

LİDER -idarəedici  insanlığa dəyər verir
LİDER ÜÇÜN ETİBARLI İNSANLAR DƏYƏRDİR
LİDER -idarəedici  dəyəri qiymətləndirməyi bacaran şəxsdir.
BİZNESMEN və  LİDER bunlar fərqli anlayışlardır. Qısa olaraq izah edim, biznesmen pul qazanmaq istəyir və biznesmen üçün komanda həmişə dəyişir.BİZNESMENƏ məxsus bu hal təbii - yaxşı qarşılanır.
LİDER -idarəedici  isə insanlığa dəyər verir və mütləq bir ideya üzərində hərəkət edir.
P.S. LİDER -idarəedicilik insanın talantıdır , LİDER -idarəedicilik talantınız yoxdursa özümüzü başqa bir sahədə tapsaq gözəl olar. LİDER -idarəedici  barədə oxuyub öyrənə bilərik amma öyrəndiyimizi tətbiq etmək istəsək əzab və neqativ hallarla rastlaşacayıq . niyə? Çünki talantımız( təbiətimizdə LİDER -idarəedicilik yoxdur )

пятница, 8 июля 2016 г.

среда, 6 июля 2016 г.

Ramaz bayramınız mübarək

Salam dəyərli dostlar!
Sizi ramazan bayramı münasibəti ilə təbrik edirik.
ALLAHDAN sizlərə möhkəm can sağlığı,xoşbəxtlik,bolluq diləyirik.ALLAH həyatınızı xeyirli uğurlu etsin AMİN!

"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!
https://www.facebook.com/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si-1377189935936932/?ref=hl

суббота, 2 июля 2016 г.

воскресенье, 19 июня 2016 г.

Biznesmen və biznes .

Salam dəyərli dostlar!
Bizlər biznes sahəsində uğur qazanmış şəxslərin motivasiya xarakterli məqalələrini,müsahibələrini,yazılan həyat hekayələrini oxuyuruq , dinləyirik. Sonda deyilir mən bacardımsa sən də bacararsan. Düşünürük uğurlu şəxs dedisə bitdi bu belədir.
Sizləri məyus edəcək xəbər verməliyəm bu belə deyil.
Hər insan biznes ilə məşğul ola bilməz,nəzəri olaraq oxuyub öyrənə bilər , anlayışı ola bilər amma tətbiq edə bilməz. Nəzəri bilik ayrı ,nəzəri biliyi təcrübədə tətbiq etmək ayrı.
Hər bir insanın güclü tərəfləri olduğu kimi, talantları var ( üstünlükləri ).
Biznes sənin talantın və güclü tərəfin deyilsə biznes ilə məşğul olma.
Güclü tərəflərini və talantını aşkar et və məqsədli şəkildə istəyinə nail ol.
1) Biznes ciddi riskdir,biznesmen isə ilk olaraq riski hesablamağı bacaran və risk etmeyi bacaran şəxsdir.
2) Biznes puldur , biznesmen isə pulun fəlsəfəsini bilən və dəyərləndirən şəxsdir.
3) Biznes böyük məsuliyyətdir, biznesmen isə biznesinə,komandasına və özünə qarşı məsuliyyətli olan şəxsdir.
4) Biznes dəyərdir, biznesmen ALLAHIN bəyəndiyi işlərdən olan  insanlar üçün dəyər yarada bilən şəxsdir.
5)Biznes komanda işidir, biznesmen mən,sən sözlərindən istifadə etmir, biznesmen biz deyir.
Biznes barəsində yazılan və səslənən fikirlər dəqiq və dürüst həyat hekayəsi ola bilməz.

P.S. Səslənən və yazılan fikirləri oxuyub analiz etməyimiz vacibdir.Bizlərə uyğundur ya yox.
Diqqətli olaq əziz dostlar diqqətli olaq.
"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!

"UĞUR KONSEPSİYASI" layihəsinin rəhbəri
Fərid Mikayılov!

суббота, 18 июня 2016 г.

MURAD & MURAD hüquq şirkəti

Dövlət orqanları, müəssisə və təşkilatlarda təmsilçilik;
Məhkəmələrdə nümayəndəliyin həyata keçirilməsi;
İnzibati hüquqpozmalar zamanı müştərilərin mənafelərinin müdafiəsi;
Arbitraj məhkəmələrində təmsilçilikdə;
Mülkiyyətin sənədləşdirilməsi;
Məhkəmə aktının icra olunması zamanı hüquqi təmsilçilik funksiyalarının yerinə yetirilməsi;
İşə qəbul və işdən azad olunmanın qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi, əmrlərin və əmək müqavilələrin hazırlanması, işçilərin təlimatlandırılması və s.;
Cinayət işlərində hüquq müdafiəsini həyata keçirmək.
Ərizələrin, iddia ərizələrinin hazırlanması;
Ekspertizaların həyata keçirilməsi və sənədlərdə uyğunsuzluqların aradan qaldırılması;
Kadr işinin təşkili;
Hüquqi şəxslərin təsis sənədlərinin hazırlanması və dövlət qeydiyyat orqanına təqdim edilməsi; hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə);
Bank fəaliyyətinin növlərini tənzilmləyən müqavilə münasibətlərinin mövcud qanunvericiliyə uyğun olub-olmamasının yoxlanılması, müqavilələrin tərtib edilməsi, rəsmiləşdirilməsi;
Vergi orqanlarının qəbul etdiyi qərarların hüquqi ekspertizası;
Vergi yoxlamaları zamanı hüquqların müdafiəsi üzrə hüquqi xidmətlərin göstərilməsi;
Vergi mübahisələrin məhkəmədənkənar həll edilməsi yolunda hüquqi xidmətlərin göstərilməsi;
Artıq ödənilmiş vergilərin dövlət büdcəsindən geri alınması və ƏDV-nin qaytarılması;
Daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması üçün sənədlər paketinin hazırlanması və təqdim edilməsi;
Daşınmaz əmlakın hüquqi statusunun və ya digər sənədlərinin hüquqi ekspertizası (hüququn növü barədə sənədlər, alqı-satqı, icarə və s. müqavilələr), mövcud qanunvericilik tələblərinə uyğunluğunun yoxlanılması; 
Daşınmaz əmlaka dair bütün hüquqların və ya yeni qeydlərin dövlət reyestrinə daxil edilməsinin həyata keçirilməsi və hüquq sahibinin təmsil edilməsi; 
Daşınmaz əmlakın hüquqi statusunun dəyişdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi;
Daşınmaz əmlakın alqı-satqısı planının hazırlanması, əqdin bağlanmasından əmələ gələcək mənfi nəticələrin və risklərin qiymətləndirilməsi, onların aradan qaldırılması üçün məsləhətlərin verilməsi;
Daşınmaz əmlaka dair əqdlərin bağlanması üçün zəruri olan sənədlərin əldə edilməsi, müqavilələrin və sair sənədlər paketinin hazırlanamsı, sənədlərin müvafiq dövlət orqanına təqdim edilməsi;
Daşınmaz əmlakla bağlı yaranan mübahisələrin məhkəmədənkənar və məhkəmə qaydasında həll edilməsi üçün hüquqi təmsilçilik və müdafiə funksiyalarının yerinə yetirilməsi.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı kompleks hüquqi yardımın göstərilməsi; 
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlığından çıxma və vətəndaşlığına bərpa ilə bağlı xidmətlərin göstərilməsi;
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşamaq hüququnun (immiqrant statusu) verilməsi ilə əlaqədar xidmətlərin göstərilməsi; 
Bütün növ müqavilələrin tərtib edilməsi (Alqı-satqı; göndərmə; Faktorinq; Dəyişdirmə; Bağışlama;Əmlak kirayəsi;; İcarə; Françayzinq; Əvəzsiz istifadə; Borc; Kredit; İpoteka; Zaminlik; Lizinq; Podrat;Tapşırıq; Broker; Ticarət nümayəndəliyi müqaviləsi; Konsessiya; Komissiya;Saxlama; Sərnişin daşınması; Yük daşınması; Turist xidmətlərinin göstərilməsi; Renta; Barışıq; Bank hesabı; Sığorta; Nikah; Aliment və digər mülki hüquq müqavilələri.
Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi;
Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi;
Fiziki şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı məsələlərin həll edilməsi; 
Fiziki şəxsin ölmüş və ya itkin düşmüş hesab edilməsi ilə bağlı xidmətlərin göstərilməsi;
Mülkiyyət və digər əşya hüquqlarının (istifadə hüququ və s.) əldə edilməsi, tanınması və itirilməsi;
Mülkiyyət və digər əşya hüquqlarının müdafiəsi, əmlakın özgənin qanunsuz sahibliyindən geri götürülməsi;
Mülkiyyət hüququnun məhdudlaşdırılması (qonşuluq hüququ, servitutun müəyyən edilməsi və s.);
Özbaşına tikintilərlə bağlı məsələlərin həll edilməsi, onların nəticələrinin aradan qaldırılması və ya tikintinin qanuniliyinin tanınması;
Girov və ipoteka mübahisələrinin həll edilməsi;
Müxtəlif növ əqdlərin (müqavilələrin və s.) etibarlı və ya etibarsız hesab edilməsi;
Müqavilə öhdəliklərinin icra edilməsi, öhdəliklərin əvəz edilməsi, dəyişdirilməsi, öhdəliklərin icrasından imtina edilməsi nəticələrinin aradan qaldırılması və ya öhdəliklərə xitam verilməsi ilə bağlı mübahisələrin həll edilməsi;
Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində müqavilədə və ya qanunda nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiq edilməsi;
Müqavilə öhdəliklərinin icrasının təmin edilməsi ilə bağlı (dəbbə pulu, saxlama, zaminlik, qarantiya, beh və s.) mübahisələrin həll edilməsi;
Mülki-hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrin həlli;
Vərəsəlik hüququnun tanınması, mirasın qəbul edilməsi, bölüşdürülməsi, vərəsəlik hüququndan məhrum etmə, qanun və ya vəsiyyət üzrə bütün növ vərəsəlik mübahisələrinin həll edilməsi;
Nikahın pozulması və etibarsız hesab edilməsi;
Uşağın hansı valideynin yanında saxlanması məsələsinin həll edilməsi;
Aliment tələbinə dair mübahisələrin həll edilməsi;
Ər-arvadın ümumi əmlakının bölünməsi;
Atalığın müəyyən edilməsi; 
Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi; 
Uşağın əmlak mənafelərinin müdafiəsi; 
Valideynlik hüquqlarının həyata keçirilməsi ilə bağlı mübahisələr;
Valideynlik hüquqlarından məhrum etmə və ya məhdudlaşdırma;
Övladlığa götürmə, uşaqlar üzərində qəyyumluq və himayə;
Mənzil mübahisələrinin həll edilməsi (mənzil hüquqlarının müdafiəsi, mənzilə köçürülmə, mənzildən çıxarılma və s.);
Torpaq mübahisələrinin həll edilməsi (torpaq sahəsinə olan hüquqların müdafiəsi, torpaq sahəsini zəbt etmiş şəxslərin çıxarılması, hüququn bərpa edilməsi, ərazinin boşaldılması və s.);
Əmək hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr (işçini Əmək Müqaviləsi olmadan işlətmə, əsassız olaraq işdən çıxarma, işə bərpa, məcburi iş buraxmaya görə əvəzin ödənilməsi və s.);
İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr;
Ətraf mühitin mühafizəsi ilə bağlı mübahisələr;
Müəlliflik və əlaqəli hüquqlarının müdafiəsi ilə bağlı mübahisələr;
Digər bütün növ mübahisələrin həll edilməsi.
Hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər arasında mülki (müqavilə öhdəliklərinin icrası və s.), inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələrin həll edilməsi;
Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (sürücünün inzibati məsuliyyətə cəlb edilməsi haqqında, vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında, əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında və s. qərarların ləğv edilməsi); 
İnzibati orqanın üzərinə müvafiq öhdəliyin qoyulmasına dair və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair mübahisələrin həll edilməsi;
Şəxsin hüquq və azadlıqlarını pozan inzibati orqanın qanunsuz müdaxiləsindən müdafiə edilməsi mübahisələri və s. 
Baş vermiş cinayət hadisəsi barədə hüquqi cəhətdən əsaslandırılmış şikayətin tərtib edilməsi və müvafiq hüquq-mühafizə orqanına təqdim edilməsi;
Gərəkli olan sübutların toplanması üçün dövlət və qeyri-dövlət qurumlarına sorğuların verilməsi
İlkin yoxlama, habelə cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidin nümayəndəsi kimi hüquq-mühafizə və məhkəmə orqanlarında təmsil edilməsi, hüquqlarının izah edilməsi və digər hüquqi yardım göstərilməsi;
Cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi vəsatətlərin, etirazların, şikayətlərin verilməsi;
Cinayət nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurulubsa, maddi ziaynın əvəzinin ödənilməsi üçün mülki iddianın verilməsi və bununla bağlı kompleks hüquqi yardımın göstərilməsi;
Təhqiqat, istintaq və məhkəmə orqanlarının qərarlarından şikayət verilməsi.


( +994) 50 340 96 25 , 55 340 96 25 ,70 340 96 25
MURAD
& MURAD HÜQUQ ŞİRKƏTİNİN RƏHBƏRİ
FUAD BƏDƏLOV!
https://www.facebook.com/MURAD-MURAD-MMC-195554520569764/

DUA!

Ey bizi yaradan, Ey bizə can verən, Ey bizi yoxdan var edən, Ey bizi yaşadan uca Allahımız! Sən böyûksən, biz acizik! Sən zənginsən, biz möhtacıq! Sən tayı bərabəri olmayan Allahsan, biz Sənin günahkar, zavallı qullarınıq! Biz Sənin rəhmətinə möhtacıq, verəcəyin cəzaya layiqik, amma Sənin mərhəmətindən ümid üzməyib əfv diləyirik, tövbə edirik Ya Rahim, Ya Ğaffar! Ya Tevvab! Bu günündə əllərimizi Sənə açmışıq, bilirik ki dərdlərimizi, sıxıntılarmızı bizdən daha yaxşı bilirsən Ya Xabir! Ya Səbur! Səndən xeyirli bir çıxış yolu, səbirli davranmağı istəyirik! Bilirik ki yaşadıqmız hər bir şey bizim imtahanımızdır, bu imtahanı xeyirli sonluqla, qəlbimizə razı salacağın bir şəkildə bitir! Müsibətlərmizə son qoy Ya Qadir! Bizə elə güclü iman ver ki problemlə üzləşdiyimiz zaman ibadətlərmizi tərk etməyək, Səndən üz çevirməyək! Ibadətlərmizi sevərək vaxtı-vaxtında yerinə yetirən kəslərdən eylə bizləri! Bizi çox sev Rəbbim, Sənin sevginə çox möhtacıq Ya Vadud! Ya Hakim! Ya Mütəali! Qəlbimizi nurlu eylə, şərəfmizi artır, sevdiyin qullarının arasına qat bizləri! Verdiyin nemətləri danmırıq, Sənə cox şükürlər olsun, yaratdıqlarının sayı qədər Sənə həmd olsun, Səndən çox razıyıq Allahım, Sən də bizdən razı qal, bizləri Firdovs cənnətinlə mûkafatlandır!
Sən bizə hər kəsdən daha əzizsən, Sənə gözəl sonluqla qovuşmaq istəyirik, ömrümüz Səni anmaqla keçsin Ya Allah! Ya Səlam! Ölkəmizi qoru,xəstələrmizə sağlamlıq ver, subaylarımızın evliliklərini asanlaşdır, evliliklərini xeyirli eylə, körpə səsinə illərlə həsrət qalan ailərmizi sevindir, saleh övladlar ver! Ey Rəbbim! Cin və insan şeytanların şərrindən Sənə sığınırıq! Bizi ədəbsiz əməllərdən qoru! Bizləri pak eylə! Ey əlləri boş çevirməyə həya edən Rəbbimiz! Dualarmızı qəbul eylə, biz möhtac qullarını sevindir! Amin!

пятница, 17 июня 2016 г.

Fərdi inkişaf nədir?

Salam dəyərli dostlar!
Hər bir insan öz fərdi inkişafı barəsində düşünməlidir.
Fərdi inkişaf nədri?
Bu baradə çoxlu fikirlər söylənilib,kitablar yazılıb, seminar və təlimlər keçirilib.Gələcəkdə yenə kitablar yazılacaq,fikirlər söyləniləcək,seminar və təlimlər keçiriləcək.
Əsas suala Fərdi inkişaf nədir? cavab müxtəlif olacaq.
Sadə və asan cavab var. Bizim ata və babalarımızdan eşitdiyimiz ilk baxışdan sadə görünən sadə bir fikir.
ÖZÜNƏ RAVƏ BİLMƏDİYİNİ,ÖZGƏSİNƏ RƏVA GÖRMƏ!
Bir şəxsə qarşı pislik etməzdən öncə bir anlıq düşünək bizə qarşı belə bir hərəkət etsələr bizə xoş olarmı?
Təbii ki, yox.
Fərdi inkişafın ilkin təməli səslənən fikrin analiz olunub ( mənə uyğundur ya yox )
sonradan tətbiq olunmasıdır!

"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!

"UĞUR KONSEPSİYASI" layihəsinin
Rəhbəri Fərid Mikayılov!


вторник, 14 июня 2016 г.

Ailə xoşbəxtliyi üçün ən önəmli: pul, yoxsa sevgi?

Ailə xoşbəxtliyi kimdən və nədən asılıdır?

Ailə xoşbəxtliyinin sirləri


"Bütövlükdə xoşbəxtlik yoxdur. Xoşbəxt anlar, saatlar, günlər var”. Bu fikirləri  sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundova  APA TV-nin “Ailə məsələsi”  verilişində səsləndirib. Verilişdə Pozitiv psixologiya mərkəzinin rəhbəri psixoloq Arzu Quliyeva da iştirak edib.http://apa.tv/cast/97/25264


понедельник, 13 июня 2016 г.

четверг, 9 июня 2016 г.

Pozitiv Psixologiya Mərkəzi "ENERGETİK VAMPİRLƏRİMİZ VİP QRUP TERAPİYASI" adlı seminar

  
Pozitiv Psixologiya Mərkəzi
"ENERGETİK VAMPİRLƏRİMİZ VİP QRUP TERAPİYASI"
 
adlı seminara sizləri dəvət edir.
Seminar öyrənəcəyik
1) Bizim yüksək əhvalımıza, sağlamlığımıza, uğurumuza xərclədiyimiz enerjini bizdən alan energitiq vampirlərdən necə qorunaq
2) Gizli Düşmənlərimiz...Onları tanımaq üsullarını öyrənib tətbiq edməklə qələbə çalmaq.
Seminarı Pozitiv Psixologiya Mərkəzinin: Həkim psixoloqu Sevinc Məhərrəmova  aparır.
Sevinc Məhərrəmova
Tibb universitetinin müalicə fakultəsini bitirib.
Türkiyə Cumhuriyyətində Uskudar universiteti " Ailə danışmanı " eytimi alıb.
Ailə psixoloq konsultantı adı qazanıb
10 illik iş təcrübəsinə malikdir.
Türkiyə Cumhuriyyətində məhşur psixoloqlardan dərs alıb.
Azərbaycanda ilk ailə psixoloq konsultantıdır

Ailə psixoloqu.
Hər qrupda 8 nəfər olmaqla 2saat davam edən terapiyamız 12.06.2016 tarixində 3 müxtəlif qrupla -13:00, 16:00, 18:00-da həyata keçiriləcək.Qrup terapiyamız SEVİNC MƏHƏRRƏMOVANIN təqdimatında lə baş tutacaq.
Qeydiyyat mütləqdir.
kirizis dönəmini nəzərə alaraq ödənişi 50% endirim etmişik. Ödəniş 10 manatdır
bu hələ hamısı deyil 10 manat ödəməklə siz iki seminara qoşulacaqsınız
"DÜŞÜNCƏ MƏDƏNİYYƏTİ" adlı 1 saatlıq seminar tam ödənışsiz olacaq.
""DÜŞÜNCƏ MƏDƏNİYYƏTİ" adlı seminarı "UĞUR KONSEPSİYASI" layihəsinin rəhbəri Fərid Mikayılov aparacaq.
iki al bir ödə - siz təkcə bir seminarın qiymətini ödəyib digər seminarı ödənişsiz qatılırsınız.
Qeydiyyat mütləqdir.
Ətraflı məlumat üçün: 
TEL: 012 375 48 18
051 484 05 65
051 484 05 75
Xalqlar Dostluğu m/st yaxınlığı, Qara Qarayev küç 57/59