суббота, 10 сентября 2016 г.

Həqiqətən BABALARIMIZIN müdrikliyi sərhəd bilməyib.

Babam mənə tez-tez deyərdi:
- Suyu atın içdiyi yerdən iç. At heç vaxt pis su içməz;
- Yatağını pişiyin uzandığı yerdə sal;
- Qurd dəymiş meyvəni ye;
- Üzərinə mığmığaların oturduğu göbələkləri ürəklə götür;
- Ağacı köstəbəyin qazdığı yerdə ək; 
- Evi ilanın özünü günə verdiyi yerdə tik;
- Quyunu quşların istidə yuva saldıqları yerdə qaz;
- Sübh tezdən oyansan, günün bərəkəti sənin olar;
- Daha çox göyərti yesən, güclü ayaqlara və heyvandakı kimi dözümlü ürəyə sahib olarsan. Suda tez-tez üzsən, torpaq üstündə özünü balıq suda üzən kimi hiss edərsən. 
- Tez-tez ayağının altına yox, səmaya bax və bu zaman sənin düşüncələrin aydınlaşacaq;
- Daha çox susmağa üstünlük ver- bu zaman ruhun aramlıq tapar. 

Комментариев нет:

Отправить комментарий