воскресенье, 19 июня 2016 г.

Biznesmen və biznes .

Salam dəyərli dostlar!
Bizlər biznes sahəsində uğur qazanmış şəxslərin motivasiya xarakterli məqalələrini,müsahibələrini,yazılan həyat hekayələrini oxuyuruq , dinləyirik. Sonda deyilir mən bacardımsa sən də bacararsan. Düşünürük uğurlu şəxs dedisə bitdi bu belədir.
Sizləri məyus edəcək xəbər verməliyəm bu belə deyil.
Hər insan biznes ilə məşğul ola bilməz,nəzəri olaraq oxuyub öyrənə bilər , anlayışı ola bilər amma tətbiq edə bilməz. Nəzəri bilik ayrı ,nəzəri biliyi təcrübədə tətbiq etmək ayrı.
Hər bir insanın güclü tərəfləri olduğu kimi, talantları var ( üstünlükləri ).
Biznes sənin talantın və güclü tərəfin deyilsə biznes ilə məşğul olma.
Güclü tərəflərini və talantını aşkar et və məqsədli şəkildə istəyinə nail ol.
1) Biznes ciddi riskdir,biznesmen isə ilk olaraq riski hesablamağı bacaran və risk etmeyi bacaran şəxsdir.
2) Biznes puldur , biznesmen isə pulun fəlsəfəsini bilən və dəyərləndirən şəxsdir.
3) Biznes böyük məsuliyyətdir, biznesmen isə biznesinə,komandasına və özünə qarşı məsuliyyətli olan şəxsdir.
4) Biznes dəyərdir, biznesmen ALLAHIN bəyəndiyi işlərdən olan  insanlar üçün dəyər yarada bilən şəxsdir.
5)Biznes komanda işidir, biznesmen mən,sən sözlərindən istifadə etmir, biznesmen biz deyir.
Biznes barəsində yazılan və səslənən fikirlər dəqiq və dürüst həyat hekayəsi ola bilməz.

P.S. Səslənən və yazılan fikirləri oxuyub analiz etməyimiz vacibdir.Bizlərə uyğundur ya yox.
Diqqətli olaq əziz dostlar diqqətli olaq.
"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!

"UĞUR KONSEPSİYASI" layihəsinin rəhbəri
Fərid Mikayılov!

Комментариев нет:

Отправить комментарий