суббота, 18 июня 2016 г.

DUA!

Ey bizi yaradan, Ey bizə can verən, Ey bizi yoxdan var edən, Ey bizi yaşadan uca Allahımız! Sən böyûksən, biz acizik! Sən zənginsən, biz möhtacıq! Sən tayı bərabəri olmayan Allahsan, biz Sənin günahkar, zavallı qullarınıq! Biz Sənin rəhmətinə möhtacıq, verəcəyin cəzaya layiqik, amma Sənin mərhəmətindən ümid üzməyib əfv diləyirik, tövbə edirik Ya Rahim, Ya Ğaffar! Ya Tevvab! Bu günündə əllərimizi Sənə açmışıq, bilirik ki dərdlərimizi, sıxıntılarmızı bizdən daha yaxşı bilirsən Ya Xabir! Ya Səbur! Səndən xeyirli bir çıxış yolu, səbirli davranmağı istəyirik! Bilirik ki yaşadıqmız hər bir şey bizim imtahanımızdır, bu imtahanı xeyirli sonluqla, qəlbimizə razı salacağın bir şəkildə bitir! Müsibətlərmizə son qoy Ya Qadir! Bizə elə güclü iman ver ki problemlə üzləşdiyimiz zaman ibadətlərmizi tərk etməyək, Səndən üz çevirməyək! Ibadətlərmizi sevərək vaxtı-vaxtında yerinə yetirən kəslərdən eylə bizləri! Bizi çox sev Rəbbim, Sənin sevginə çox möhtacıq Ya Vadud! Ya Hakim! Ya Mütəali! Qəlbimizi nurlu eylə, şərəfmizi artır, sevdiyin qullarının arasına qat bizləri! Verdiyin nemətləri danmırıq, Sənə cox şükürlər olsun, yaratdıqlarının sayı qədər Sənə həmd olsun, Səndən çox razıyıq Allahım, Sən də bizdən razı qal, bizləri Firdovs cənnətinlə mûkafatlandır!
Sən bizə hər kəsdən daha əzizsən, Sənə gözəl sonluqla qovuşmaq istəyirik, ömrümüz Səni anmaqla keçsin Ya Allah! Ya Səlam! Ölkəmizi qoru,xəstələrmizə sağlamlıq ver, subaylarımızın evliliklərini asanlaşdır, evliliklərini xeyirli eylə, körpə səsinə illərlə həsrət qalan ailərmizi sevindir, saleh övladlar ver! Ey Rəbbim! Cin və insan şeytanların şərrindən Sənə sığınırıq! Bizi ədəbsiz əməllərdən qoru! Bizləri pak eylə! Ey əlləri boş çevirməyə həya edən Rəbbimiz! Dualarmızı qəbul eylə, biz möhtac qullarını sevindir! Amin!

Комментариев нет:

Отправить комментарий