вторник, 4 августа 2015 г.

Özünü necə motivasiya edirsən?

Bu məqalədə mən sizə özünüzü neçə motivasiya edə biləcəyiniz haqqında tövsiyyələri təqdim edirəm. Burda yazdığlarım Səbuhinin kəşfi deyil bu illərlə araşdırmaların nəticəsidir. Özünüzü pozitiv şeylərə kökləyin.Pessimistlər özlərini daha çətin motivasiya edirlər heç neyə maraqları olmur. Yəni uğurlar və nailiyyətlər onlara sevinc bəxş etmir. Optimistlər isə yeni qalibiyyətlərə can atırlar, asanlıqla yeni tanışlıqlar qururlar. Onlar sabahkı günə ümid ilə yanaşdıqları üçün özlərini işə motivasiya edə bilirlər. Sevdiyiniz işlə məşğul olun , əgər siz həqiqətən də işinizi sevirsinizsə, sizin motivasiyaya daha çox ehtiyacınız var.
Bu xüsusi ilə sizin işinizin ilkin mərhələlərində vacibdir, çünki bu zaman yeni işinizdən gözlədiyiniz qədər mənfəət əldə etmirsiniz.
Mütəmadi olaraq fəaliyyət sahənizdə yeniliklər öyrənin.
Əsas fəaliyyət növündən başqa əlavə fəaliyyət ilə məşğul olun dəyişiklik istirahətin ən yaxşı növüdür.
Biz sevdiyimiz fəaliyyətlə məşğul olduğumuz halda belə bəzən elə olur ki, özümüzü işləməyə məcbur edə bilmirik. Belə olduğu halda əlavə fəaliyyət ilə məşğul olmaq və fikrinizi bir qədər dağıtmağa çalışın.
Misal üçün : Əgər siz məqalələr yazırsınızsa, idman zalına gedin və yaxud internetdə layihə aparırsınızsa – brauzerinizi bağlayın və , ev işlərinizi görün. Həyatınızda  özünüzü motivasiya etmək üçün müəyyən vaistələr tapın. Siz yaşadığınız hər günün dəyərini, mənasını dərk edin. İdmanla məşğul olun.
İdman edərkən bizim bədənimizdə endorfin -“sevinc hormonu”- ifraz olunur. Özünüzü işə asanlıqla və tez zamanda motivasiya etmək üçün səhərlər qaçmağa başlayın və yaxud üzgüçülük ilə məşğul olun. Sizi motivasiya edən filmlərə baxın. Tədqiqatçıların fikirinə görə, optimistik  filmlər onkoloji xəstəliklərə qalib gəlməyə yardım edirlər. «Forest Qamp», «Göylərə qədər», «Arzular hara aparır?» kimi filmlər insanları fəal fəaliyyətlərə təşfiq edirlər.Stereotiplərdən imtina edin. Siz öz həyatınızdan televizoru, sarı mətbuatı, boş söhbətləri və başqa insanların ünvanına tənqidi çıxarsanız, qısa bir zamanda özünüzü motivasiya etməyi öyrənəcəksiniz. Özünüzə səhv edə bilmək haqqını verin. Bəzi insanlar uğursuzluqdan qorxaraq özlərini motivasiya etməyə çalışmırlar.
Diqqət: Sizin nəzər nöqtənizdən uğursuz hesab edilən fəaliyyət sizin üçün dəyərli bir təcrübədir.
Öz üzərinizdə işləyin. Şəxsi inkişafınız üçün sizi maraqlandıran materialları öyrənin, təlimlərə gedin, öz sahənizdə bir məsləhətçi ilə çalışın. Bu cür insanlarla ünsiyyət sizi işləməyə motivasiya edəcək.
Bizi zəif edən düşüncələrimizdir!
 Uğur Konsepsiyası layihəsinin fərdi inkişaf üzrə konsultantı.
 İsazadə Səbuhi.

Комментариев нет:

Отправить комментарий