понедельник, 24 августа 2015 г.

Motivasiya və mexanizimlər.

Bu məqalədə mən sizə özünüzü neçə motivasiya edə biləcəyiniz haqqında tövsiyyələri təqdim edirəm. Burda yazdığlarım Səbuhinin kəşfi deyil bu illərlə araştırmaların nəticəsidir.
Özünüzü pozitiv düşüncələrə kökləyin.
Pessimistlər özlərini daha çətin motivasiya edirlər heçneyə marağları olmur. Yeni uğurlar və nailiyyətlər onlara sevinc bəxş etmir.
Aslan olmağ istəyirsənsə aslanla gəz prinsipinə əməl et.
Optimistlər daim yeni qalibiyyətlərə can atırlar, risk və uğursuzluğdan qorxmurlar asanlıqla yeni tanışlığlar qururlar. Onlar sabahki günə ümid ilə və planla yanaşdıqları üçün özlərini işə və gözəl nəticələrə motivasiya edə bilirlər.
Sevdiyiniz və sizi xoşbəxt edəcək işlə məşğul olun.
Əgər siz həqiqətən də işinizi sevirsinizsə, sizin motivasiyaya ehtiyacınız yoxdur. Bu xüsusi ilə sizin işinizin ilkin mərhələlərində vacibdir, çünki bu zaman yeni işinizdən gözlədiyiniz qədər mənfəət əldə etmirsiniz.
Mütəmadi olaraq fəaliyyət sahənizi dəyişin, stabillik yaratmayın, konfort zonasını tərk edin. Fəaliyyət sahənizi dəyişmək istirahətin ən yaxşı növüdür. Biz sevdiyimiz fəaliyyətlə məşğul olduğumuz halda belə bəzən elə olur ki, özümüzü işləməyə məcbur edə bilmirik. Belə olduğu halda diqqətinizi başqa nə iləsə dağıtmağa çalışın. Başqa nə ola bilər? İdman edin, idman stressin ən güclü dərmanıdır, kitab oxuyun, həzin musiqi dinleyin, marağlı insanlarla söhbət edin, motivasiyalı və optimistliyə kökləyən filmlər izləyin.
Gününüzü analiz edin.
Yatmamışdan öncə özünüzə sual verin. Mən bu gün məqsədlərimə çatmaq üçün nə etdim? Daha yaxşı olmağ üçün nə etdim?
Özünüzə səhv edə bilmək haqqını verin.
Bir səhv bir yeni təcrübədir. Səhv etmək istəmirsənsə demək yaşamğ istəmirsən.
Öz üzərinizdə işləyin.
Şəxsi inkişafınız üçün sizi maraqlandıran ədəbiyyalar, məqalələr, YouTube-dən maarifləndirici və  zəngin informasiya toplayın və öyrənib təhlil edin. Motivasiya verə biləcək təlimlərdə iştirak edin misal üçün: Azərbaycanda çox aktual olan UĞUR KONSEPSİYASI layihəsinə qoşulun,( https://www.facebook.com/pages/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si/1377189935936932)ya da öz sahənizdə bir məsləhətçi ilə çalışın maaşsız belə olsa.
Bu cür sistemli özünü inkişaf sizi işləməyə motivasiya edəcək.


İsazadə Səbuhi (Uğur Konsepsiyası layihəsinin konsultantı)

Комментариев нет:

Отправить комментарий