пятница, 10 июля 2015 г.

Sən stress vəziyətindəsən!

Britaniyalı alimlər bir sıra təcrübə aparıblar.Təcrübə müəyyən edib ki, kitab stress üçün ən effektiv dərman növüdür.Təcrübə zamanı təcrübə iştirakçılarına müəyyən şərayitlər yaratmışdılar ,stress vəziyyəti yaradan test və tapşırığlar verirdilər .
Daha sonra rahatlamaq üçün gəzintini,musiqi dinləməyi təklif edirdilər.
Sonra  iştirakçıların nəbzi və əzələ tonusunu yoxlayaraq iştirakçılarda  müşahidə aparıblar  hansi vasitələr daha effektli sakitləşdirir.Müəyyən olunub ki, ən sürətli stress vəziyyətində olan insanı sakitləşdirən vasitə kitabdır: sadəcə 6 dəqiqə kitab oxumaq sakitləşməyə gətirib çıxardırdı.
Ikinci yerdə həzin mahnı 61% hallada. Buna əlavə olaraq Oksford universitetinin alimləri bildiriblər ki, kitab oxuma passiv hərəkət növü sayılmır.Əgər insan pozitivə kökləyən kitab oxuyursa bir başa beynini məşq etdirmiş olur və bu birbaşa fiziki və psixoloji vəziyyətə təsir göstərir. Hal- hazırda bir çox insanlar  asüdə və boş vaxtlarını çox səmərəsiz və yaxşı nəticə verməyəcək işlər ilə məşğul olurlar , bu hal isə birbaşa savadsızlığa və zərərli vərdişlərin yaranmasına yol açır. 4-5 yaşlı uşağın əlində planşet, telefon varsa bu bir başa passivlik yaradır və məss buna görədə ildən-ilə demoqrafik vəziyyətin dəyişməsinə təsir göstərir.Əvvələr uşaqları laylayla və xoş və ibratamiz sözlər ilə yatızdırardılar indi isə telefonda mahni ilə(mənşəyi məlum olmayan mahnılar ilə ).Dəyərli dostlar uzun yazmıram ki, darıxdırıcı olmasın.Sadəcə bilin siz indi bu məqaləni oxuyursunuz indiki zamandasımız və 3-5 dəqiqədən sonram keçmiş zamanınız olacaq. Hər bir saniyənizi faydalı və sizə müsbət nəticə verəcək tərzdə keçirdin ki, bir dəqiqə sonra,bir gündən sonra peşman olmayasınız və ozünüzlə fəxr edə biləsiniz .

Bizi zəif edən düşüncələrimizdir!
Uğur Konsepsiyasi layihəsinin şəxsi inkişaf üzrə konsultantı.

İsazadə Səbuhi.

Комментариев нет:

Отправить комментарий