среда, 8 июля 2015 г.

5 dəqiqəyə 10,000 dollar

Bir gün dünya şöhrətli rəssam Pablo Pikasso restoranların birində nahar etdiyi zaman kənardan bir xanım onu tanıyaraq ona yaxınlaşıb xahiş edir ki, mənə elə burada marağlı nəsə cəkin, Pikasso dərhal əlinə qələm alaraq salfet üzərində şəhər panaramasının cızığlarını atır.Xanım ümidlə əlini uzatdığı zaman , çəkiləni götürsün Pikasso səsləndirir : Xanım 10,000 $ ödəməlisiniz. Xanım təəccübilə dərhal cavab verdi :Axı siz buna sadəcə 5 dəqiqə zaman ayırdınız Pikasso xanıma cavab verdi: Mən bu çəkdiyim şəkilə vaxtında  50 il vaxt ayırmışam və indi gördüyünüz şəkil 5 dəqiqəyə hazır oldu və 10,000 $ ödəməlisiniz. Siz  hər gördüyünüz işdə özünüzə bu cür yüksək qiymət verin.Əgər siz heç vaxt əlinizdə olmayanları əldə etmək istəyirsinizsə siz hec vaxt etmədiyinizi və edə bilmədiyinizi etməlisiniz. Istənilən məqsədə nail olmaq üçün lazım olan istənilən şeyi öyrənə bilərsiniz, heç bir limit yoxdur limit sadəsə sizin sabah, gələn həftə, filimdən sonra, facebooka girim sonra kimi bəhanələrdi.  Hər gün öyrənməyə, düşünməyə və planlaşdırmağa vaxt ayırsanız o zaman, bütün həyatınızı dəyişməyə qadir olacaq bir gücə sahib olacaqsınız.Bu yazını oxuyan dost!!! Gələcəyini düşün çünki gələcək yalnız sənin düşünülmüş addımınla gələcək. Düşünmə ki, bu cür yazıram ki, diqqətini cəlb edim sadəcə çağırış edirəm zamanını ƏHƏMIYYƏTSIZ şeylərə ayırma.  Dəyərli dost bir anlıq gözünü yum və düşün bu günki gününün daha yaxşısına çatmaq üçün nə edə bilərsən və nə etməlisən? Sən 5 ildən sonra kimsən? Sən ən yaxşıya laiqsən? Sənin sabah əldə etdiyin nəticə məs bu gün atdığın addım müəyyən edir. Düşün və özünü layiq bildiyin yolu seç. Mükəmməl ol günü bu gün, öz sahəndə ən yaxşı mütəxəssis olmaq qərarını ver. Məqsədinə nail olana kimi dayanmadan çalış. Uğursuzluq mümkün deyilmiş kimi davran qorxduğun işləri həvəslə gör elə o zaman qorxu öləcək.  Dəyərli dost seçimində sənə uğurlar.
Bizi zəif edən düşüncələrimizdir!


"UĞUR KONSEPSİYASI" layihəsinin fərdi inkişaf üzrə konsultantı
  İsazadə Səbuhi.

Комментариев нет:

Отправить комментарий