среда, 29 июля 2015 г.

Əsas vaistələr!

Salam dəyərli dost!
"UĞUR KONSEPSİYASI" layihəsinin fərdi və korporativ təlimləri keçirilir və tam əminlik ilə deyə bilərəm ki, iştirakçılar istəklərinə nail olurlar və istədikləri nəticəni görürlər , amma mən bu gün bu barədə yazmaq istəmirəm. "UĞUR KONSEPSİYASI" layihəsinin
"Maliyyə proqramı"təlimində iştirak etmiş bir iştirakçıdan danışacam.Nə üçün bu barədə yazmağa qərar verdim?
Səbirli olun məqaləni sona qədər oxuyun və sonda vəziyyət sizə tam aydın olacaq.
İlk öncə deyim ki, "Maliyyə proqramı"təliminin iştirakçıları həvəs ilə vərilən tapşırıqları yerinə yetirir və həvəslə suallara cavab verirdilər , amma bir iştirakçıdan başqa.
Orta sıralarda otumuşdur və çox gərgin idi , bu bir spiker kimi məni narahat edirdi bütün diqqətim onda idi , fasilə zamanı iştirakçıya yaxınlaşıb bir daha özümü təqdim etdim və sual verdim
təlim xoşunuza gəldi?
Cavab:Mənim bir hədəfim var , amma kağız üzərində yazı olaraq qalıb , hər səhər və yatmazdan əvvəl oxuyuram , artıq hədəfin real olduğuna inanıram amma 10 ildir dəqiq bir nəticə yoxdur.
Siz təlimə başlayanda bir daha hədəfimi xatırladım və dəqiq nəticə olmadığı üçün daxili və ruhi gərginlik keçirdim, siz deyin mən nəyi düzgün etmirəm?
İştirakçıya dediklərimi sizlər ilə paylaşıram:
Hər birimizin hədəflərimizə çatmamız üçün bir çox vaistələrimiz var. Və hədəflərimizə çatmamız üçün lazım olan təməl və əsas vaistələri həmişə unuduruq və lazımsız sayırıq.
Bilməliyik ki, bu sadalanan əsas və təməl vaistələr olmasa həyatda dəqiq nəticə əldə etməyəcəyik.
1) Məsuliyyətli olmaq ( hər işdə )
2) Dəqiq olmaq ( hər işdə )
3) Qərarlı olmaq
4) Dəqiq bil nə istəyirsən və nə üçün istəyirsən
5) Qətiyyətli olmaq
6) Planlı iş ( pərakəndə və xaus içində iş görmə , bir işi tam sona çatdir sonra digər işə keç )
7) Plan üzrə hərəkət etmək ( bir çox insanlar elə bilirlər ki, yazılı plan olmasa da olar və yadımda saxlamışam edecəm amma tam əksi baş verir sonda heç bir nəticə olmur və digərlərini günahlandırırlar ,planı yazı və yazılı plan üzrə hərəkət edin.)
8) Özünə tam əminlik
9) Şükür və təşəkkür etmək bacarığı.

10) Uğursuzluq qarşısında heç vaxt təslim olmamaq.
11) Yox deməyi və imtina etməyi bacarmaq.
Hər birimizdə saydıqlarımın əsas vaistələr olmalıdır,yoxdursa inkişaf etdirməliyik.
DİQQƏT: Təməl möhkəm deyilsə istəklərimiz istək olaraq ya kağız üzərində ya da xəyal olaraq qalacaq!
BİZİ ZƏİF EDƏN DÜŞÜNCƏLƏRİMİZDƏR!
"UĞUR KONSEPSİYASI" layihəsinin rəhbəri
Fərid Mikayılov.

понедельник, 20 июля 2015 г.

Anasının 9 yaşlı polisi)))


Şəkildəki uşağı Fillipinin Mandaye şəhərində bir tələbə Coys Qilos-Torrefranka yolnan keçərkən görüb və şəkilini çəkib MaCdonalds-ın qarşısında. Şəkildə evsiz bir uşaq MaCdonalds-ın pəncərəsinin işığı altında nə qədər həvəlslə dərs elədiyini qeydə alır və sosial şəbəkəyə yerləşdirir elə hər şey bundan sonra başlayır.Daha sonra məlum olur ki, uşağın 9 yaşı var,atası rəhmətə gedib,o anası ilə birlikdə küçədəki köşk yaşayıllar.Onun ən böyük arzusu polis olmaqdır, o ən böyük arzusu üçün  həvəslə oxuyur.Bu şəkili bütün dünya gördükdən sonra uşaq üçün planetin hər bir tərəfindən dəstək göndərildi, fillipin siyasilətçiləri tərəfindən nəzarətə alındı,dövlət tərəfindən anasına şəxsi biznesini açmaq üçün qrant ayrılır.Güc strukturları isə onu ərzaq ilə təmin etdilər.Mən ilkin olaraq bu şəkili çəkən tələbəyə daha sonra o uşağa kömək edən bütün insanlara Allahdan rahatlıq və xoşbəxtlik arzu edirəm.Əminəm insanlar na qədər mehriban olsalar dünayada bir o qədər sülh və əmin-amanlıq olacaq. Bu tarıxcə onu göstərir ki, insanin məqsəd və hədəfi varsa həll onu özü tapır.
Bizi zəif edən düşüncələrimizdir!
İsazadə Səbuhi.
Uğur konsepsiyası layihəsinin
fərdi inkişaf üzrə konsultantı.

четверг, 16 июля 2015 г.

пятница, 10 июля 2015 г.

Sən stress vəziyətindəsən!

Britaniyalı alimlər bir sıra təcrübə aparıblar.Təcrübə müəyyən edib ki, kitab stress üçün ən effektiv dərman növüdür.Təcrübə zamanı təcrübə iştirakçılarına müəyyən şərayitlər yaratmışdılar ,stress vəziyyəti yaradan test və tapşırığlar verirdilər .
Daha sonra rahatlamaq üçün gəzintini,musiqi dinləməyi təklif edirdilər.
Sonra  iştirakçıların nəbzi və əzələ tonusunu yoxlayaraq iştirakçılarda  müşahidə aparıblar  hansi vasitələr daha effektli sakitləşdirir.Müəyyən olunub ki, ən sürətli stress vəziyyətində olan insanı sakitləşdirən vasitə kitabdır: sadəcə 6 dəqiqə kitab oxumaq sakitləşməyə gətirib çıxardırdı.
Ikinci yerdə həzin mahnı 61% hallada. Buna əlavə olaraq Oksford universitetinin alimləri bildiriblər ki, kitab oxuma passiv hərəkət növü sayılmır.Əgər insan pozitivə kökləyən kitab oxuyursa bir başa beynini məşq etdirmiş olur və bu birbaşa fiziki və psixoloji vəziyyətə təsir göstərir. Hal- hazırda bir çox insanlar  asüdə və boş vaxtlarını çox səmərəsiz və yaxşı nəticə verməyəcək işlər ilə məşğul olurlar , bu hal isə birbaşa savadsızlığa və zərərli vərdişlərin yaranmasına yol açır. 4-5 yaşlı uşağın əlində planşet, telefon varsa bu bir başa passivlik yaradır və məss buna görədə ildən-ilə demoqrafik vəziyyətin dəyişməsinə təsir göstərir.Əvvələr uşaqları laylayla və xoş və ibratamiz sözlər ilə yatızdırardılar indi isə telefonda mahni ilə(mənşəyi məlum olmayan mahnılar ilə ).Dəyərli dostlar uzun yazmıram ki, darıxdırıcı olmasın.Sadəcə bilin siz indi bu məqaləni oxuyursunuz indiki zamandasımız və 3-5 dəqiqədən sonram keçmiş zamanınız olacaq. Hər bir saniyənizi faydalı və sizə müsbət nəticə verəcək tərzdə keçirdin ki, bir dəqiqə sonra,bir gündən sonra peşman olmayasınız və ozünüzlə fəxr edə biləsiniz .

Bizi zəif edən düşüncələrimizdir!
Uğur Konsepsiyasi layihəsinin şəxsi inkişaf üzrə konsultantı.

İsazadə Səbuhi.

четверг, 9 июля 2015 г.

Uğur qazan və sürətli inkişaf et!

Müasir və qlobal dünyamızda sürətli inkişaf gedir, bununla yanaşı  insan resursuna təlabatı artırır.

İldən-ilə yeni peşəkar kadırlara ehtiyac yaranır ki, mövcud olan boşluqları dolduraraq tarazlığı bərpa etsin. İstər ali təhsili olan, istər olmayan iş tapmaqda çətinlik çəkir və bu iş tapmamaq bu cür deyimlərin aktuallaşmasına gətirib. “Mən iş tapa bilmirəm, bu ölkədə ancaq ya pulun ya da, daydayın olmalıdır ”Mənə aid iş yoxdu. və.s. Bunlar sadəcə məsuliyyəti öz üzərinizdən atmağdan başqa bir şey deyil. Bir çox hallarda da, bu tərzdə sözləri , uğur qazanan da deyir (çünki istəmir kimsə ondan qabağa gedsin, yada ki, istəyir iş üçün ona müraciət etsinlər və bu insanın nə qədər nüfuzlu olduğunu qabartmış olsunlar) ya da bu sözlərlə kənar şəxs iş axtaran şəxsə əngəl törədir ki, birdən iş tapar.
Məndən öndə olar cəmiyyət içində nüfuzu artar , bu cur düşüncəli insanlar təbii ki, özləri heç bir iş görmək istəmirlər və digərlərinə əngəl törətməkdən başqa bir işə yaramırlar.Belə tip insanlardan uzaq olun.
 Bəs düzgün işi necə axtarmaq lazımdır?
 İnsan hansı işi yaxşı və effektli görə biləcəyini necə müəyyən etməlidir? Karyera və iş həyatını necə qurmalıdır?
İlkin olaraq insan öz potensial və bacarığına inanmalıdır və özü-özünə yüksək qiymət verməlidir. Daha sonra az müdətdə 4 sahə seçməlidir və o  4 sahə haqqında qısa məlumat toplamalı. Bu 4 sahədə naliyyət qazanan hər hansı bir insanı tapmalı və ondan məlumat almalıdır o bu işə necə başladı? Hansı etaplardan keçdi? Nələri öyrəndi? Start götürdüyü yerdən finiş yerinə onu nə apardı?. və. s. Ümumiyyətlə ekspertlər 4 sahəni töfsiyə edillər ki, beyində qarışıqlıq yaranmasın və insanın geniş düşünməsi üçün daha çox vaxt qalsın.
 Dəyərli dost: 
İlk növbədə sən hansı işi görə biləcəyini və ya istədiyini dəqiq bilməlisən.
1. CV – ni birdəfəlik 10 yerə yolla niyə 10? Çünki sənin fikirində olmalıdır  haralara müraciət etmisən ( siyahı tut - müraciət etdiyin yerlərin adları) daim maraqlanasan və unutmayasan.
3. Yolladığın CV-lərdə eyni vakansiya və ya iş növünü qeyd elə. Çünki müxtəlif şirkətlər  CV – ni oxuduqları zaman bir ad altında müxtəlif vakansiyaları gördükdə qənayətə gəlmiş olmasınlar ki,
(Bu insan dəqiq hansı işi görə biləcəyini bilmir).
 4. Hansı əmək haqqını və hansı iş rejimində işləmək istədiyini dəqiq bilməlisən.
5. Hər zaman öz təlabatlarına və xərclərinə istinad edərək elə bir əmək haqqı təyin etməlisən ki, həm korluq çəkmiyəsən, həm də qazancın olsun. İşin coxluğundan qorxma. Nəsib olasa sonra yüksək maaşlı iş olanda işləməkdən qorxmayasan.  Dəyərli dost özünə və potensialına inan və bu metodlardan istifadə et karyera və qazanc əldə et. Unutma!! Karyera sözü latınca ( yük arabası) Roma dilində (həyat yolu, qaçış) deməkdir. Bu yolda sənə uğurlar arzulayıram.
Bizi zəif edən düşüncələrimizdir!
"UĞUR KONSEPSİYASI" layihəsinin fərdi inkişaf üzrə konsultantı
 İsazadə Səbuhi.

среда, 8 июля 2015 г.

5 dəqiqəyə 10,000 dollar

Bir gün dünya şöhrətli rəssam Pablo Pikasso restoranların birində nahar etdiyi zaman kənardan bir xanım onu tanıyaraq ona yaxınlaşıb xahiş edir ki, mənə elə burada marağlı nəsə cəkin, Pikasso dərhal əlinə qələm alaraq salfet üzərində şəhər panaramasının cızığlarını atır.Xanım ümidlə əlini uzatdığı zaman , çəkiləni götürsün Pikasso səsləndirir : Xanım 10,000 $ ödəməlisiniz. Xanım təəccübilə dərhal cavab verdi :Axı siz buna sadəcə 5 dəqiqə zaman ayırdınız Pikasso xanıma cavab verdi: Mən bu çəkdiyim şəkilə vaxtında  50 il vaxt ayırmışam və indi gördüyünüz şəkil 5 dəqiqəyə hazır oldu və 10,000 $ ödəməlisiniz. Siz  hər gördüyünüz işdə özünüzə bu cür yüksək qiymət verin.Əgər siz heç vaxt əlinizdə olmayanları əldə etmək istəyirsinizsə siz hec vaxt etmədiyinizi və edə bilmədiyinizi etməlisiniz. Istənilən məqsədə nail olmaq üçün lazım olan istənilən şeyi öyrənə bilərsiniz, heç bir limit yoxdur limit sadəsə sizin sabah, gələn həftə, filimdən sonra, facebooka girim sonra kimi bəhanələrdi.  Hər gün öyrənməyə, düşünməyə və planlaşdırmağa vaxt ayırsanız o zaman, bütün həyatınızı dəyişməyə qadir olacaq bir gücə sahib olacaqsınız.Bu yazını oxuyan dost!!! Gələcəyini düşün çünki gələcək yalnız sənin düşünülmüş addımınla gələcək. Düşünmə ki, bu cür yazıram ki, diqqətini cəlb edim sadəcə çağırış edirəm zamanını ƏHƏMIYYƏTSIZ şeylərə ayırma.  Dəyərli dost bir anlıq gözünü yum və düşün bu günki gününün daha yaxşısına çatmaq üçün nə edə bilərsən və nə etməlisən? Sən 5 ildən sonra kimsən? Sən ən yaxşıya laiqsən? Sənin sabah əldə etdiyin nəticə məs bu gün atdığın addım müəyyən edir. Düşün və özünü layiq bildiyin yolu seç. Mükəmməl ol günü bu gün, öz sahəndə ən yaxşı mütəxəssis olmaq qərarını ver. Məqsədinə nail olana kimi dayanmadan çalış. Uğursuzluq mümkün deyilmiş kimi davran qorxduğun işləri həvəslə gör elə o zaman qorxu öləcək.  Dəyərli dost seçimində sənə uğurlar.
Bizi zəif edən düşüncələrimizdir!


"UĞUR KONSEPSİYASI" layihəsinin fərdi inkişaf üzrə konsultantı
  İsazadə Səbuhi.

пятница, 3 июля 2015 г.

Hər bir sahənin tədrisi olduğu kimi uğurlu və varlı olmağın da öz tədrisi və təlimi mövcutdur.

Hər bir sahənin tədrisi olduğu kimi uğurlu və varlı olmağın da öz tədrisi və təlimi mövcutdur. Uğurlu,Strateji ,Planlı düşüncəyə sahib olub seçilmək istəyirsən?
Talantlarını aşkar edib nəyə qadir olduğunu tam bilmək istəyirsən?
Sizlərə ilk unikal layihə " UĞUR KONSEPSİYASI" layihəsini təqdim edirik.
" UĞUR KONSEPSİYASI" layihəsi sizlərə nə vəd edir və sizlər bu layihədən necə yararlana bilərsiniz?
1)Qərar vərməyi bacaracaqsınız
2) Qətiyyətli olacaqsınız
3) Dəqiqlik
4) Məsuliyyətli olacaqsan
5) Güclü, Strateji , Planlı hərəkət edecəksiniz
Bu 5 mərhələ həyatda uğur qazanmış 10 % insanların həyat xüsusiyyətlərinin təməlidir
" UĞUR KONSEPSİYASI" layihəsinin vədi!
Sizlər bu 5 mərhələli həyat xüsusiyyətlərinə tam malik olacaqsan.
 5 mərhələli həyat xüsusiyyətlərini bir yerə cəmləyib güclü düşüncə mədəniyyətinə sahib olacaqsınız!

P.S.  Güclü , uğurlu insan olamaq üçün güclü və uğurlu insanların düşüncə mədəniyyətinə sahib olmalısan!

https://www.facebook.com/pages/Farid-Mikayilov/1377189935936932?ref=hl