среда, 30 декабря 2015 г.

26.12.2015 - ci il dəyirmi masa

Salam dəyərli dostlar!
26.12.2015 - ci il tarixdə Marketinq Fəaliyyətinin İnkişafına dəstək İ.B-nin təşəbüsü ilə və Türkiyə Universitetləri Məzunları İ.B - nin dəstəyi ilə
Düşüncə Mədəniyyəti adlı dəyirmi masa keçirildi.
Dəyirmi masanın maderatoru "UĞUR KONSEPSİYASI" layihəsinin rəhbəri Fərid Mikayılov idi.
Marketinq Fəaliyyətinin İnkişafına dəstək İ.B-nin sədri Sənan müəllimə
Türkiyə Universitetləri Məzunları İ.B - nin sədri Cingiz müəllimə
təşəkkürümü bildirirəm
İlin sonu və yorxun olmaqlarına bağmayaraq müzakirələrə qatılan hər bir şəxsə var olun deyirəm

 P.S. Gərgin iş rejimində işləməsinə baxmayaq dəvətimi qəbul edim müzakirələrə qatılan pisixoloq Ulduz xanıma xüsusi təşəkkürümü bildirirəm.
https://www.facebook.com/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si-1377189935936932/

среда, 11 ноября 2015 г.

"UĞUR KONSEPSİYASI " layihəsi


Güclü , Strateji , Planlı düşüncə mədəniyyətinə sahib olub istəklərinizə tam nail ola bilərsiniz.
Güclü düşüncə mədəniyyəti - yoxu var etmək.
Strateji düşüncə mədəniyyəti - istəklərinə nail olmaq üçün lazım olan vaistələri görüb və vaistələri işlək mexanizimlərə çevirmək.
Planlı düşüncə mədəniyyəti - Hərəkət etmək.
Azərbaycanda ilk uğur layihəsi olan "UĞUR KONSEPSİYASI " layihəsinə dəvətlisən.
https://www.facebook.com/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si-1377189935936932/

среда, 21 октября 2015 г.

Ekspert: “Tibbi sığorta haqqı 200-250 manatdan aşağı olmamalıdır” - MÜSAHİBƏ

Sığorta-maliyyə sektoru bütün dünyada xidmət sektorunun əsas elementi hesab edilir. Azərbaycanda isə sığorta bazarı potensialının cəmi 10%-i həcmindədir. Baxmayaraq ki, cari ilin əvvəlindən sektor 8 faiz artıb, bu rəqəmlər sığorta kimi vacib sektorun qonşu dövlətlərlə müqayisədə geridə qaldığını göstərir. Bəs səbəb nədir?http://publika.az/p/111777
mövzu ətrafında sığorta mütəxəssisi, ekspert Xəyal Məmmədxanlı ilə müsahibəsini təqdim edir.
http://www.ark.az/index.php/az/

“Bank sektorunda böhran davam edəcək...”


- Xəyal bəy, çox müzakirə edilən sahələrdən biri də sığortadır. Bu sektor həm var, həm də yoxdur. Niyə illərdir sığorta ayrıca sektor kimi tam inkişaf edə bilməyib?

- Sığorta sektoru 2006-cı ildən 2012-ci ilə qədər bank və maliyyə sektorundan asılı olub. Düzdür, son dövrlər icbari sığorta ilə bağlı qəbul edilən qərarların hesabına  bazar bir qədər dirçələ bilib. Amma ümumilikdə bazarın banklardan asılılığı hələ də bitməyib. Bu, mənfi tendensiyadır. Belə ki, 2009-cu ildə bank sektorunda böhran yaşanan zaman sığorta sektorunun banklardan asılı saxlanmasının nələrə gətirib çıxardığını gördük. Cari ildə isə avtomobil kreditləşməsinin dayanması kasko sığortalarının həcmini azaltdı. Banklardan asılı olan sığorta şirkətlərinin bir çoxu böhranla üzləşdilər. Xalq arasında belə bir misal var ki, bütün yumurtaları bir zənbildə saxlamaq olmaz. Risklər diversifikasiya edilməlidir. Elə etmək lazımdır ki, bir biznesdən, müştəridən və ya sığorta növündən asılı qalmayasan. Amma bir məqamı qeyd edim ki, bazarda ciddi şəkildə sağlamlaşma gedib. Əvvəllər şirkətlərin əksəriyyətinin ödəmə qabiliyyətliliyi, likvidlikləri şübhə altında idi. Bu gün artıq Maliyyə Nazirliyinin qoyduğu tələblər çərçivəsində şirkətlər kifayət qədər möhkəmləniblər həm maliyyə, həm də kadr potensialı baxımından.

- Belə təsəvvür var ki, Azərbaycanda sığorta ancaq avtomobilləri sığortalamaq üçündür...

- Avtomobil sığortası Azərbaycanda zərərli sığorta növlərindən biridir. Sığorta şirkətləri avtomobil sığortasını, demək olar ki, zərərlə edirlər. 2014-cü ilin statistikasına əsasən, sığorta şirkətləri yığdıqları avtomobil sığortası haqlarının 60 faizindən çoxunu ödəniş şəklində geri qaytarıblar. Bunun üzərinə işlərin aparılması xərclərini, agent komissiyalarını gəldikdə şirkətlər demək olar ki, başa-baş işləyiblər.

- Dediyiniz rəqəmlər həqiqətdirsə, niyə vətəndaşlar daim sığorta şirkətlərindən şikayət edirlər?

- Dəqiq ödəniş rəqəmləri var. Yığılan sığorta haqlarının təxminən yarısı ödənilib. Belə problemlərin yaranmasının əsas səbəbi odur ki, vətəndaşlar zamanında maarifləndirilmirlər. Belə ki, onlara  öz hüquqları və vəzifələri barədə məlumat verilmir, sığorta şərtləri düzgün izah edilmir. Bir çox hallarda süründürülürlər. Bütün bunlar da haqlı narazılıqlara gətirib çıxarır. Adi misal gətirim: sığorta hadisəsi baş verib və vətəndaşa 1000 manat ziyan dəyib. Müəyyən olunur ki, sığorta müqaviləsi bağlanan zaman 500 manat franşiza - azadolma müəyyən edilib.
Vətəndaş da müqaviləni imzalayan zaman bunu oxumadığından, sığorta şirkəti dəyən zərərdən franşizanı çıxıb 500 manat ödəyəndə narazılıq yaranır. Digər tərəfdən, sığorta müqaviləsində açıq-aşkar qeyd edilir ki, avtomobil sərxoş, eləcə də etibarnamə olmadan idarə edildiyi zaman sığorta hadisəsi baş verərsə, ödəniş aparılmır. Lakin bir çox hallarda bu şərtlərə əməl etməyən sürücülər sığorta şirkətlərindən narazıçılıq edirlər.

- Sizcə, vəziyyət nə qədər belə davam edəcək?

- Önümüzdəki daha 1-2 il müddətində bank sektorunda böhran davam edəcək. Avtomobil kreditləşməsinin çiçəklənən dövrü arxada qaldı. Bundan sonra banklar, eləcə də sığorta şirkətləri risklərini ciddi şəkildə hesablamalıdırlar. Baxmayaraq ki, hal-hazırda sığorta şirkətləri hansı yolla olursa olsun, vəsait cəlb etməyə səy göstərirlər, amma çalışmaq lazımdır ki, sığorta haqları riskin dərəcəsinə adekvat olsun. Yəni sığorta xatirinə müəyyən riski sığortalamaqdansa, yaxşı portfellərə girmək, riskləri düzgün hesablamaq lazımdır. Bir misal çəkim, 2009-cu ildə böhran zamanı bazarda elə şirkətlər var idi ki, avtomobil kreditlərini 5 il müddətinə cəmi 5 faizlə sığortalamışdılar. Halbuki 5 faiz dünya ölkələrində avtomobilin birillik sığorta faizidir. Bunun da nəticəsində nə baş verdi? 2009-cu ildə birdən-birə kreditləşmə dayandırıldı, pulun ardı kəsildi, ancaq  müqavilələr beşillik bağlandığından, ödənişlər davam etdi. Bu da ciddi sıxıntılara səbəb oldu. Hazırda vəziyyət fərqli deyil. Şirkətlər riskli işlərin arxasınca qaçırlar.


”... Hər kəs o bazara qaçdı”


- Ölkədə elə sığorta şirkətləri varmı ki, onlar müstəqil fəaliyyət göstərirlər? Hər hansı bankın, holdinqin tərkibində deyillər?

- Bu gün tamamilə bazar prinsipi ilə işləyən şirkətlər də var. Əslində, baş verənlər də göstərir ki, ən düzgün seçim onlarındır. Məsələ yalnız banklar deyil. 1996-cı ildə sığorta bazarında yaranan şirkətlərin əksəriyyəti  böyük neft şirkətlərindən sifariş almaq üçün yaranmışdı. Çünki o sahədə böyük pullar var idi. Həmin neft şirkətləri nə etdilər? İldə bir dəfə işlədikləri sığorta şirkətlərini dəyişdirməyə başladılar. Nəticədə bir portfeldən asılı olan sığorta şirkətləri ciddi çətinliklə üzləşdilər. Ona görə bazarda sığortanın bütün növləri üzrə işləyən, ən əsası da kütlə ilə işləyən şirkətlər olmalıdır. Həmin şirkətlərin bu böhrandan daha az zərərlə çıxması gözlənilir. Yəni, biri var 100 min müştəriniz var, onun 20 min nəfərini itirəsiniz. Bu elə də ciddi təsir etməyəcək işinizə. Biri də var ,10 böyük şirkətlə işləyirsiniz onun üçünü itirəsiniz. Bu, portfelinizin böyük hissəsinin itməsi deməkdir.

- Bəs əhalinin sığortaya niyə marağı yoxdur?

- Sığorta şirkətləri göstərdikləri xidmətləri insanlara düzgün çatdıra bilmirlər. Halbuki statistika tam əksini deyir. Statistikaya əsasən, 2014-cü ildə sığorta şirkətləri tərəfindən yarım milyard manata yaxın sığorta haqqı toplanıb. Bunun da 50 faizi ödəniş kimi insanlara ödənib. Söhbət təxminən 250 milyon manatdan gedir. Belə halda insanlar hələ də düşünürlərsə ki, sığorta şirkətləri hadisə baş verdiyi zaman ödəniş etmirlər. Deməli, burada təbliğat xətası var. Ya da elə əziyyətlə, süründürməçiliklə ödəniş aparırlar ki, insanlar qohumlarına, tanışlarına həmin sığorta şirkətini məsləhət görmürlər. Bu, çox ciddi marketinq və PR səhvidir. Sadəcə, bütün biznes sektorunda yalnış yanaşma var. Böhran başlayan kimi ilk olaraq marketinq, PR xərclərini ixtisar edirlər. Əslində, tam əksi olmalıdır.
İkincisi, maarifləndirmə problemi mövcuddur, xüsusilə bölgələrdə. Məsələn, Azərbaycanda istənilən fermer, kənd təsərrüfatı məhsullarının istehsalçısı təsərrüfatının sığortalanmasında maraqlıdır. Amma təəssüf olsun ki, bu istiqamətdə iş aparan yoxdur.

- Belə çıxır, sığorta şirkətləri asan qazanca daha çox maraqlıdırlar?
- Bəli. İcbari sığorta haqqında qərar qəbul edildi, hər kəs o bazara qaçdı. Bazarı elə bərbad vəziyyətə saldılar ki, bu gün həmin bazarı tənzimləməkdə Maliyyə Nazirliyinin də çətinlikləri yaranır. Yəni, ümumilikdə icbari sığortanın qəbulu bazarda stabilliyi qoruyub saxlasa da, icbari sığorta lisenziyası olmayan, banklardan asılı şirkətlərdə vəziyyət kirtikdir.

- 4 icbari sığorta növünün hər biri işləkdirmi?
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexanizmi yaxşı işləyir. Dörd icbari sığorta növündən ancaq bu sığorta növü işləkdir. Onun da özünün ciddi problemləri var. Bu sığorta növünü, sözün əsl mənasında, bazara çeviriblər. Ona görə də artıq, işlərin aparılması xərclərinə müəyyən limitlər qoyulub. Bunlara baxmayaraq, hələ də müştəri uğrunda haqsız mübarizə gedir.
- Sizcə, insanlar niyə əmlaklarını sığortalamırlar? Söhbət daşınmaz əmlakdan gedir.
- Daşınmaz əmlakın icbari sığortası ”İcbari sığortalar haqqında” Qanunda birbaşa öz əksini tapıb. Bu yöndə sığorta haqları da yüksək deyil. Ərazilər üzrə 50-40-30 manat  müəyyən edilib. Sığorta növünün işləməməsinin səbəbi nəzarət mexanizminin olmamasıdır. İşlə məşğul ola biləcək yeganə orqan Mənzil İstismar Sahələri idi. Onlar da ləğv edildilər. Əslində, belə bir təklifim var ki, bu səlahiyyət bələdiyyələrə verilsin. Elə ən gözəl variantlardan biri odur. Onsuz da bələdiyyələr funksiyasız quruma çevriliblər. Bu işi onlara tapşırmaqla fəaliyyətlərini artırmaq olar.

- Hər il növbəti il üçün icbari tibbi sığortanın tətbiqinə başlanılacağı deyilir. Necə hesab edirsiniz, əhali icbari tibbi sığortanın nə olduğunu, nəhayət, görəcəkmi?
- İcbari tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul edilib. 2007-ci ildə qanuna son əlavə və düzəlişlər edildi. Mən sistemin vətəndaşları qane edəcək səviyyədə aparılacağına inanmıram. Çünki sığorta haqqı ilə bağlı səslənən rəqəmlər tibbi sığortanın kampaniya xarakterli olacağına dair şübhə yaradır. Statistika göstərir ki, 10-15 manatla tibbi xidmət almaq qeyri-mümkündür. Adambaşına 10-20 manat sığortahaqqı ödəniləcəyi deyilir. Elz həkimin bir konsultasiyasının qiyməti 30 manat təşkil edir. Dəfələrlə demişəm ki, adambaşına sığortahaqqı 200-250 manatdan aşağı olmamalıdır. Bu da ciddi rəqəmdir. Əhalinin sayına vurduqda 2 milyard manatdan çox vəsait edir.

- Azərbaycanda icbari tibbi sığorta tətbiq edilməsə də, könüllü tibbi sığota illərdir tətbiq edilir. Amma bu sahədə də rəqəmlər böyük deyil...
- 20 ildir, könüllü tibbi sığorta aparılır. Şəxsi hesablamalarıma görə,  2014-cü ildə ortalama 350 min nəfər bu sığorta növündən istifadə edib. Doqquz milyon sakini olan ölkə üçün aşağı rəqəmdir.


”Vəziyyət kritikləşən kimi ilk cəhd qiymətləri qaldırmaq olur...”


- Bir az da banklardan danışaq. Banklar risklərini sığortalamaq məqsədilə kredit verən zaman həyat sığortası tələb edirlər. Bankların vətəndaşları buna məcbur etmək hüququ varmı?
- Qanuna görə, bu, məcburi deyil. Banklar risklərini özləri hesablamalıdırlar. Təminat yollarını özləri seçməlidirlər. Sığorta bank kreditlərinin təminat yollarından biridir. Doğrusu, yeni bir icbari qanunun qəbul edilməsinin əleyhinəyəm. Avropanın əksər ölkələrində bir qanun icbari şəkildə qəbul edilib, amma daha sonra insanlar onun əhəmiyyətini anlayanda, özləri ona könüllü maraq göstəriblər. Vətəndaş dərk etməlidir ki, sabah başına bir iş gəldikdə, kiməsə kredit borcu miras qoymasın.

- Banklar belə riskləri qabaqlayan vasitələrin əvəzinə kredit faizlərini aşağı sala bilməzlərmi?
- Bu gün Azərbaycanda bir şirkət biznesindən 50 faiz qazanc əldə etməlidir ki, bunun 39 faizini banka borc kimi ödəsin, yerdə qalan 10 faizlə digər xərclərini həll etsin. Bizdə çox pis praktika var. Bir sahədə vəziyyət kritikləşən kimi ilk cəhd qiymətləri qaldırmaq olur. Banklar müştərilərini, əmanət qoyuluşunu itirdikləri dövrdə tələblərini yumşaltmaq əvəzinə, daha da sərtləşdirirlər. Bu da böhranı dərinləşdirir.

- Faizlərin yüksək olmasının əsas səbəblərindən biri kimi sığortalanan əmanətlər üzrə faizləri göstərirlər. Bu faizləri xaricdəki kimi, sıfırlamaq olmazmı?
- Ən ciddi məsələlərdən biri əmanətlərin sığortalanmasıdır. Bu sıraya kredit öhdəliklərinin sığortalanmasını da əlavə etmək olar. Bir az əvvəl buna toxunduq. İnsanlar sığorta yolu ilə borc öhdəliklərini neytrallaşdıra bilərlər. Azərbaycanda yeni perspektivli sığorta növləri var. Sadəcə, şirkətlər kasko, icbari sığortaların, bankların arxasınca qaçmaqla məşğul olduqlarından, onlar kənarda qalıblar...





Leyla Əliyeva

суббота, 26 сентября 2015 г.

"Estrade Music Entertainment" və "Uğur Konsepsiyası"

"Estrade Music Entertainment" və "Uğur Konsepsiyası"-layıhəsinin təşəbbüsü ilə təşkil olunan "Düşüncə mədəniyyəti" adlı toplantıdan foto...Təlimçi:Farid Mikayılov ..Yaratdığı şəraitə görə Gülnara xanıma Təşəkkür edirik ..Nəzərinizə çatdırım ki ,təlim gənclərin maariflənməsi üçün ödənişsiz təşkil olunub..
.https://www.facebook.com/VokalHouse/posts/671949256238127

пятница, 28 августа 2015 г.

Pul qazanmaq və onun səmərəli yolları

Salam Eziz dostlar ve Bestfm.az radiosunun dinleyicileri. Sabah Müzakirə Obyekti verlişində "Pul qazanmaq və onun səmərəli yolları haqqında" danışacayıq. Niyə əksəriyyət yalnız "bir tikə çorək pulu" qazanmaq üçün çalışır? Bir sözlə Varlı həyat yaşamağın, çox pul qazanmağım heç də günah olmadığı haqqında olacaq verlişimiz. DİQQƏT! Məhz bu verlişdə pul qazanmağın yollarını öyrənəcəksiz.  Mən sizin yerinizə olsaydım Sabah saat 18:00 da Bestfm.az radiosunda ekspert qonağımız UGUR KONSEPSIYASI layihesinin rəhbəri Fərid Mikayilov ilə birlikdə Mən Aynurun təqdimatında olan MÜZAKİRƏ OBYEKTİ verlişini diqqətlə və məmnuniyyətlə dinləyərdim. http://bestfm.az/

понедельник, 24 августа 2015 г.

Motivasiya və mexanizimlər.

Bu məqalədə mən sizə özünüzü neçə motivasiya edə biləcəyiniz haqqında tövsiyyələri təqdim edirəm. Burda yazdığlarım Səbuhinin kəşfi deyil bu illərlə araştırmaların nəticəsidir.
Özünüzü pozitiv düşüncələrə kökləyin.
Pessimistlər özlərini daha çətin motivasiya edirlər heçneyə marağları olmur. Yeni uğurlar və nailiyyətlər onlara sevinc bəxş etmir.
Aslan olmağ istəyirsənsə aslanla gəz prinsipinə əməl et.
Optimistlər daim yeni qalibiyyətlərə can atırlar, risk və uğursuzluğdan qorxmurlar asanlıqla yeni tanışlığlar qururlar. Onlar sabahki günə ümid ilə və planla yanaşdıqları üçün özlərini işə və gözəl nəticələrə motivasiya edə bilirlər.
Sevdiyiniz və sizi xoşbəxt edəcək işlə məşğul olun.
Əgər siz həqiqətən də işinizi sevirsinizsə, sizin motivasiyaya ehtiyacınız yoxdur. Bu xüsusi ilə sizin işinizin ilkin mərhələlərində vacibdir, çünki bu zaman yeni işinizdən gözlədiyiniz qədər mənfəət əldə etmirsiniz.
Mütəmadi olaraq fəaliyyət sahənizi dəyişin, stabillik yaratmayın, konfort zonasını tərk edin. Fəaliyyət sahənizi dəyişmək istirahətin ən yaxşı növüdür. Biz sevdiyimiz fəaliyyətlə məşğul olduğumuz halda belə bəzən elə olur ki, özümüzü işləməyə məcbur edə bilmirik. Belə olduğu halda diqqətinizi başqa nə iləsə dağıtmağa çalışın. Başqa nə ola bilər? İdman edin, idman stressin ən güclü dərmanıdır, kitab oxuyun, həzin musiqi dinleyin, marağlı insanlarla söhbət edin, motivasiyalı və optimistliyə kökləyən filmlər izləyin.
Gününüzü analiz edin.
Yatmamışdan öncə özünüzə sual verin. Mən bu gün məqsədlərimə çatmaq üçün nə etdim? Daha yaxşı olmağ üçün nə etdim?
Özünüzə səhv edə bilmək haqqını verin.
Bir səhv bir yeni təcrübədir. Səhv etmək istəmirsənsə demək yaşamğ istəmirsən.
Öz üzərinizdə işləyin.
Şəxsi inkişafınız üçün sizi maraqlandıran ədəbiyyalar, məqalələr, YouTube-dən maarifləndirici və  zəngin informasiya toplayın və öyrənib təhlil edin. Motivasiya verə biləcək təlimlərdə iştirak edin misal üçün: Azərbaycanda çox aktual olan UĞUR KONSEPSİYASI layihəsinə qoşulun,( https://www.facebook.com/pages/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si/1377189935936932)ya da öz sahənizdə bir məsləhətçi ilə çalışın maaşsız belə olsa.
Bu cür sistemli özünü inkişaf sizi işləməyə motivasiya edəcək.


İsazadə Səbuhi (Uğur Konsepsiyası layihəsinin konsultantı)

суббота, 22 августа 2015 г.

Pul və biz , fərqli baxış.

Salam dəyərli dost!
Pul və biz , ilk baxışda sadə iki söz. Fərqli baxış bucağından baxdıqda baxışlarımız və düşüncə tərzimiz tam dəyişir. Pulun öz fəlsəfəsi və dəyəri var. Az insan bu dəyəri və fəlsəfəni bilir , qəbul edir və tətbiq edib maliyyə azadlığı qazanır. Bəs çoxluq? ( bu sual üzərində düşünməyi sizin öhdənizə buraxıram)
İlk olaraq pul haqda mənfi ( neqativ ) düşüncələriniz varsa təcili müsbət tərəfə dəyişin.
Bunu necə edə bilərsən ?
Sadə!
Pul barəsində 10 müsbət fikriniz və 10 mənfi ( neqativ ) fikrinizi yazın və yazdıqlarınızı 30 gün ərzində hər gün oxuyun.
Bu üsul sizin maliyyə proqramnızı müsbət tərəfə az da olsa dəyişəcək.
( təbii ki, deyiləni etməsəniz hec bir nəticə gözləməyin , dəyişiklik sizdən aslıdır )
Sadə bir reallığı qəbul edin " Pul həyatda vacib amillərdən biridir" .
"UĞUR KONSEPSİYASI" layihəsinin " Maliyyə proqramında" iştirak edən müştərilərimizə ilk olaraq sadə sual vərilir " Pulun sizin həyatınızda rolu ?" maraqlı və müxtəlif cavablar alırıq.
Bir nəçə gün əvvəl proqramı yeni bitirmiş bir şəxsin çox maraqlı fikri oldu , dəyərli müştərimizin dəyərli fikrini sizlər ilə paylaşıram.
" Pul həyatda xoşa gəlməyən münasibətlərin tez və düzgün həlli deməkdir "
Şəxslər olacaq bu fikir ilə razılaşmayacaq , kimlər isə tam razılaşacaq , düşüncələr fərqli olur.
Pul pis deyil , pula qarşı mənfi ( neqativ ) düşünməyin , pul qazanan şəxsə qarşı da mənfi
 ( neqativ ) fikirləriniz olmasın, deməyin bəxti gərirdi , xeyir elə deyil .
Özün özün ilə düzgün ol və tam düzgün olaraq  bu suallara cavab ver.
Mən pul qazanmaq ücün nə etmışəm ?
Mən pula qarşı mənfi ( neqativ ) fikirləri kimlərdən eşitmişəm?
Sualara tam və düzgün cavab ver ki, düşüncələrin tam və düzgün olsun.
Məmim müəllimlərimdən biri Xarv Eker deyib: Pul bəşəriyyətin ən gözəl kəşflərindən biridir.
Pula qarşı düşüncələrinizi dəyişın!
Pul qazanın!
Uğurlu gələcək bizim ilə gələcək!
"UĞUR KONSEPSİYASI " layihəsinin rəhbəri Fərid Mikayılov!


суббота, 15 августа 2015 г.

"UĞUR KONSEPSİYASI" layihəsinin məhsulları!

Uğurlu şəxsiyyət ( bir aylıq proqram )
Bu proqrama hansı mövzular daxildir
1)Güclü tərəflərin aşkar edilməsi
2)Güclü və Strateji düşüncə tərzi
3)Arzuların və Hədəflərin düzgün formalaşdırılması
4)Vərdişlər
Satiş mexanizimləri ( Fiziki şəxslər üçün)
Bu proqramda sizin satış bacarıqlarınızı maksimum həddə catdırmaq və satıcı və müştəri arasında fərqi tam düzgün anlatmaq.
S.O.S proqramı ( Hüquqi şəxslər üçün)
Bu proqramda təşkilatın Unikal Satış Strategiyasını tətbiq etməklə təşkilatın yüksək satış effektivliyini artırmaq.
Maliyyə proqramı
Proqramda olan mövzular
1)Pulun sənin həyatına faydası
2)Pul haqda ümumi anlayışınız
3)Pul və Sən
4)Pul haqda olan düşüncələriniz
Həyat yolu ( 3 aylıq proqram )
Bu proqram 21 gün anlayışının (İnsan 21 gün ərzində tam dəyişə bilər) tam yalan olduğunu və 90% insanların bu yalana inanıb öz həyatlərını puç etmələrinə yol verməmək. Bizim misiyamız sizin ilə birlikdə bu yalanın düzgün olmamasını subut etmək və sizin tam transformasiyanız ( daxili və düşüncələrinizin Strateji və Güclü tərəfə dəyişilməsi) 3 ay ərzində nəcə baş verdiyini özunuz tam şahidi olacaqsınız. Biz sizin seçdiyiniz yolda sizin ilə çiyin – çiyinə addımlayırıq.
Fərdi Konsultasiyalar
Bizlər sizlərin dəqiq istəklərinizə uyğun olaraq Xüsusi Fərdi proqramların hazirlayırıq.
Bütün proqramlarda Fərdilik sistemi qorunur və Bizim ilə müştəri arasında müqavilə imzalanır və müqavələ əsasında iş görülür .
Bizlər sizlərə xidmət edirik!



Uğurlu gələcək bizim ilə gələcək!

четверг, 13 августа 2015 г.

Xəbər



12.08.2015 - Estrade Music Entertainment-də Uğur Konsepsiya layihəsinin
 Satış və Zamana Nəzarət təlimi
D
əvət  üçün Estrade Music Entertainment şirkətinin rəhbəri Gülnarə xanıma təşəkkür edirik.


 Yeni yasamal 2 Əsəd Əhmədov 2N

понедельник, 10 августа 2015 г.

Düşüncə Mədəniyyəti!

Düşüncə Mədəniyyəti təlimi tam güclü strateji düşüncə formalaşmasına yönəlib.
Təlim zamanı öyrənəcəyik 
Konfort və Diskonfort vəziyyət .
Uğurlu şəxsin düşüncə mədəniyyətinin formalaşması üçün əsas vaistələr.
Köməkçı vaistələr.
Uğurlu şəxsin düşüncə mədəniyyətinin formalaşmasına baryer yaradan vaistələr
.https://www.facebook.com/events/1450619175246923/

вторник, 4 августа 2015 г.

Özünü necə motivasiya edirsən?

Bu məqalədə mən sizə özünüzü neçə motivasiya edə biləcəyiniz haqqında tövsiyyələri təqdim edirəm. Burda yazdığlarım Səbuhinin kəşfi deyil bu illərlə araşdırmaların nəticəsidir. Özünüzü pozitiv şeylərə kökləyin.Pessimistlər özlərini daha çətin motivasiya edirlər heç neyə maraqları olmur. Yəni uğurlar və nailiyyətlər onlara sevinc bəxş etmir. Optimistlər isə yeni qalibiyyətlərə can atırlar, asanlıqla yeni tanışlıqlar qururlar. Onlar sabahkı günə ümid ilə yanaşdıqları üçün özlərini işə motivasiya edə bilirlər. Sevdiyiniz işlə məşğul olun , əgər siz həqiqətən də işinizi sevirsinizsə, sizin motivasiyaya daha çox ehtiyacınız var.
Bu xüsusi ilə sizin işinizin ilkin mərhələlərində vacibdir, çünki bu zaman yeni işinizdən gözlədiyiniz qədər mənfəət əldə etmirsiniz.
Mütəmadi olaraq fəaliyyət sahənizdə yeniliklər öyrənin.
Əsas fəaliyyət növündən başqa əlavə fəaliyyət ilə məşğul olun dəyişiklik istirahətin ən yaxşı növüdür.
Biz sevdiyimiz fəaliyyətlə məşğul olduğumuz halda belə bəzən elə olur ki, özümüzü işləməyə məcbur edə bilmirik. Belə olduğu halda əlavə fəaliyyət ilə məşğul olmaq və fikrinizi bir qədər dağıtmağa çalışın.
Misal üçün : Əgər siz məqalələr yazırsınızsa, idman zalına gedin və yaxud internetdə layihə aparırsınızsa – brauzerinizi bağlayın və , ev işlərinizi görün. Həyatınızda  özünüzü motivasiya etmək üçün müəyyən vaistələr tapın. Siz yaşadığınız hər günün dəyərini, mənasını dərk edin. İdmanla məşğul olun.
İdman edərkən bizim bədənimizdə endorfin -“sevinc hormonu”- ifraz olunur. Özünüzü işə asanlıqla və tez zamanda motivasiya etmək üçün səhərlər qaçmağa başlayın və yaxud üzgüçülük ilə məşğul olun. Sizi motivasiya edən filmlərə baxın. Tədqiqatçıların fikirinə görə, optimistik  filmlər onkoloji xəstəliklərə qalib gəlməyə yardım edirlər. «Forest Qamp», «Göylərə qədər», «Arzular hara aparır?» kimi filmlər insanları fəal fəaliyyətlərə təşfiq edirlər.Stereotiplərdən imtina edin. Siz öz həyatınızdan televizoru, sarı mətbuatı, boş söhbətləri və başqa insanların ünvanına tənqidi çıxarsanız, qısa bir zamanda özünüzü motivasiya etməyi öyrənəcəksiniz. Özünüzə səhv edə bilmək haqqını verin. Bəzi insanlar uğursuzluqdan qorxaraq özlərini motivasiya etməyə çalışmırlar.
Diqqət: Sizin nəzər nöqtənizdən uğursuz hesab edilən fəaliyyət sizin üçün dəyərli bir təcrübədir.
Öz üzərinizdə işləyin. Şəxsi inkişafınız üçün sizi maraqlandıran materialları öyrənin, təlimlərə gedin, öz sahənizdə bir məsləhətçi ilə çalışın. Bu cür insanlarla ünsiyyət sizi işləməyə motivasiya edəcək.
Bizi zəif edən düşüncələrimizdir!
 Uğur Konsepsiyası layihəsinin fərdi inkişaf üzrə konsultantı.
 İsazadə Səbuhi.

суббота, 1 августа 2015 г.

Скотт Гербер: «Никто не даст вам денег»

Скотт Гербер — предприниматель, бизнес-ангел и автор книги «Никогда не устраивайтесь на «настоящую» работу» — подготовил свой список рекомендаций начинающим бизнесменам.

1) Фокусируйтесь, фокусируйтесь и еще раз фокусируйтесь! Многие начинающие предприниматели хотят использовать каждую возможность, что попадается на их пути. Но часто возможность – это «волк в овечьей шкуре». Не распыляйтесь! Если вы будете хвататься сразу за несколько дел, то скорее всего не преуспеете ни в одном из них, включая ваш основной бизнес. Лучше сделайте что-то одно отлично, чем десять разных дел посредственно. Если у вас появилось желание отойти от вашего главного проекта и заняться чем-то другим, это повод задуматься о том, что не так с вашим оригинальным концептом.

 2) Знайте, что вы делаете. Делайте, что вы знаете Не стоит начинать дело только потому, что с первого взгляда оно вам показалось высокомаржинальным и быстроокупаемым. Делайте то, что вы по-настоящему любите. Бизнес, построенный с использованием ваших личных преимуществ и талантов, имеет гораздо больше шансов на успех. Важно не просто создать доходный бизнес. Важно, чтобы вы получали удовольствие от него изо дня в день. Если вы делаете что-то, что вам не по душе – вы не будете успешны.

3) Скажите, что вы хотите за 30 секунд, или не говорите вообще Будьте всегда готовы презентовать свой бизнес: и случайно встретившись с инвестором, и отвечая на вопросы любопытного клиента. Определите свою миссию, что вы предлагаете, и ваши цели. Ваша речь должна быть ясной и лаконичной. Каждый раз адаптируйте речь под конкретного человека. И готовя свою речь, помните, что лучше меньше, да лучше.

 4) Знайте, что вы знаете, что вы не знаете, и кто знает, что вы не знаете Никто не знает всего, поэтому не стоит изображать из себя всезнайку. Окружите себя советниками, наставниками, которые будут помогать вам развиваться, улучшать свои лидерские и предпринимательские качества. Ищите знающих людей, с которыми у вас общие интересы и цели, с которыми вам будет взаимовыгодно сотрудничать в долгосрочной перспективе.

 5) Действуйте как стартап Забудьте о крутых офисах, шикарных автомобилях и иной показухе. Содержимое вашего бумажника – это кровь в жилах вашей компании. Практикуйте и совершенствуйте умение быть скромным. Следите за каждой копейкой, проверяйте все расходы по несколько раз. Поддерживаете низкие накладные расходы и эффективно управляйте денежными потоками.

6) Учитесь на практике Ни один бизнес-план, ни одна книга о бизнесе не сможет рассказать вам о будущем, не сделает из вас успешного предпринимателя. Не существует такой вещи, как идеальный бизнес-план. Не существует идеального пути или короткой тропинки к успеху. Не стоит прыгать с головой в новый бизнес, ничего не спланировав. Но и тратить годы, пытаясь спланировать все до мелочей тоже не нужно. Вы сможете стать хорошим предпринимателем, только проверив свои предположения на практике. Самое главное, что вам стоит уяснить – нужно учиться на своих ошибках, и никогда не повторять одну и ту же ошибку дважды.

 7) Никто не даст вам денег Никто не будет инвестировать в ваш проект, если вам нужны огромные деньги для запуска стартапа. Возвращайтесь к планированию, но только не к прогнозируемой выручке, которая выглядит очень круто, а к стартовым расходам. Пересмотрите бюджет, уменьшите смету на реализацию ваших грандиозных планов. Упростите идею, пока она не станет подходящей для стартапа. Придумайте, как доказать, что идея жизнеспособна, используя ограниченный бюджет. Продемонстрируйте свою ценность, прежде, чем просить серьезные инвестиции. Если вы сможете показать, что ваша концепция может быть успешной, то ваши шансы на привлечение инвестиций резко возрастут.

 8) Будьте здоровы Я не ваша мама, чтобы вас поучать. Однако, я обещаю, что вы будете гораздо продуктивнее, если будете о себе заботиться. Предприниматель – это не работа с 9 до 5, это стиль жизни. Работая до изнеможения, вы не станете успешным, напротив, вы будете менее продуктивным. Не нужно никаких оправданий, просто правильно питайтесь, делайте физические упражнения и находите время для себя.


9) Знайте, когда нужно уйти Вопреки сложившемуся представлению, что капитан должен уйти на дно вместе с тонущем кораблем, предпринимателю этого делать не стоит. Знайте, когда настало время покинуть проект, если идея не оправдала ваши ожидания. Спокойно осмыслите, что пошло не так, разберитесь, какие ошибки вы совершили. Подумайте, как вы поступили бы сейчас, используя полученный ранее опыт. Постарайтесь каждый раз хорошо выучить полученные уроки, которые зачастую дорого стоят, чтобы впредь не повторять ошибок. Провалы неизбежны, но настоящие предприниматели смогут преодолеть трудности.

среда, 29 июля 2015 г.

Əsas vaistələr!

Salam dəyərli dost!
"UĞUR KONSEPSİYASI" layihəsinin fərdi və korporativ təlimləri keçirilir və tam əminlik ilə deyə bilərəm ki, iştirakçılar istəklərinə nail olurlar və istədikləri nəticəni görürlər , amma mən bu gün bu barədə yazmaq istəmirəm. "UĞUR KONSEPSİYASI" layihəsinin
"Maliyyə proqramı"təlimində iştirak etmiş bir iştirakçıdan danışacam.Nə üçün bu barədə yazmağa qərar verdim?
Səbirli olun məqaləni sona qədər oxuyun və sonda vəziyyət sizə tam aydın olacaq.
İlk öncə deyim ki, "Maliyyə proqramı"təliminin iştirakçıları həvəs ilə vərilən tapşırıqları yerinə yetirir və həvəslə suallara cavab verirdilər , amma bir iştirakçıdan başqa.
Orta sıralarda otumuşdur və çox gərgin idi , bu bir spiker kimi məni narahat edirdi bütün diqqətim onda idi , fasilə zamanı iştirakçıya yaxınlaşıb bir daha özümü təqdim etdim və sual verdim
təlim xoşunuza gəldi?
Cavab:Mənim bir hədəfim var , amma kağız üzərində yazı olaraq qalıb , hər səhər və yatmazdan əvvəl oxuyuram , artıq hədəfin real olduğuna inanıram amma 10 ildir dəqiq bir nəticə yoxdur.
Siz təlimə başlayanda bir daha hədəfimi xatırladım və dəqiq nəticə olmadığı üçün daxili və ruhi gərginlik keçirdim, siz deyin mən nəyi düzgün etmirəm?
İştirakçıya dediklərimi sizlər ilə paylaşıram:
Hər birimizin hədəflərimizə çatmamız üçün bir çox vaistələrimiz var. Və hədəflərimizə çatmamız üçün lazım olan təməl və əsas vaistələri həmişə unuduruq və lazımsız sayırıq.
Bilməliyik ki, bu sadalanan əsas və təməl vaistələr olmasa həyatda dəqiq nəticə əldə etməyəcəyik.
1) Məsuliyyətli olmaq ( hər işdə )
2) Dəqiq olmaq ( hər işdə )
3) Qərarlı olmaq
4) Dəqiq bil nə istəyirsən və nə üçün istəyirsən
5) Qətiyyətli olmaq
6) Planlı iş ( pərakəndə və xaus içində iş görmə , bir işi tam sona çatdir sonra digər işə keç )
7) Plan üzrə hərəkət etmək ( bir çox insanlar elə bilirlər ki, yazılı plan olmasa da olar və yadımda saxlamışam edecəm amma tam əksi baş verir sonda heç bir nəticə olmur və digərlərini günahlandırırlar ,planı yazı və yazılı plan üzrə hərəkət edin.)
8) Özünə tam əminlik
9) Şükür və təşəkkür etmək bacarığı.

10) Uğursuzluq qarşısında heç vaxt təslim olmamaq.
11) Yox deməyi və imtina etməyi bacarmaq.
Hər birimizdə saydıqlarımın əsas vaistələr olmalıdır,yoxdursa inkişaf etdirməliyik.
DİQQƏT: Təməl möhkəm deyilsə istəklərimiz istək olaraq ya kağız üzərində ya da xəyal olaraq qalacaq!
BİZİ ZƏİF EDƏN DÜŞÜNCƏLƏRİMİZDƏR!
"UĞUR KONSEPSİYASI" layihəsinin rəhbəri
Fərid Mikayılov.

понедельник, 20 июля 2015 г.

Anasının 9 yaşlı polisi)))


Şəkildəki uşağı Fillipinin Mandaye şəhərində bir tələbə Coys Qilos-Torrefranka yolnan keçərkən görüb və şəkilini çəkib MaCdonalds-ın qarşısında. Şəkildə evsiz bir uşaq MaCdonalds-ın pəncərəsinin işığı altında nə qədər həvəlslə dərs elədiyini qeydə alır və sosial şəbəkəyə yerləşdirir elə hər şey bundan sonra başlayır.Daha sonra məlum olur ki, uşağın 9 yaşı var,atası rəhmətə gedib,o anası ilə birlikdə küçədəki köşk yaşayıllar.Onun ən böyük arzusu polis olmaqdır, o ən böyük arzusu üçün  həvəslə oxuyur.Bu şəkili bütün dünya gördükdən sonra uşaq üçün planetin hər bir tərəfindən dəstək göndərildi, fillipin siyasilətçiləri tərəfindən nəzarətə alındı,dövlət tərəfindən anasına şəxsi biznesini açmaq üçün qrant ayrılır.Güc strukturları isə onu ərzaq ilə təmin etdilər.Mən ilkin olaraq bu şəkili çəkən tələbəyə daha sonra o uşağa kömək edən bütün insanlara Allahdan rahatlıq və xoşbəxtlik arzu edirəm.Əminəm insanlar na qədər mehriban olsalar dünayada bir o qədər sülh və əmin-amanlıq olacaq. Bu tarıxcə onu göstərir ki, insanin məqsəd və hədəfi varsa həll onu özü tapır.
Bizi zəif edən düşüncələrimizdir!
İsazadə Səbuhi.
Uğur konsepsiyası layihəsinin
fərdi inkişaf üzrə konsultantı.