среда, 18 октября 2017 г.

İnsanı yox edən VƏRDİŞLƏR

İnsanı yox edən VƏRDİŞLƏR
Şikayət vərdişi
Əgər insan səhərdən axşamacan həyatından və ətrafından şikayətlənirsə , mənfi enerji yaradır və yayır, son hədəf olaraq özü neçə düşünürsə o cür insanları öz ətrafına toplayır.Həyatından şikayət edən insan daha da pis olur və ətrafa da çoxlu neqativ enerji yayır.

Birdən-birə varlanmaq istəyi
 Kasıb insanlar bir çox hallarda hər şeyə birdən-birə sahib olmaq istəyir. Əlavə səy göstərməyən insan heç vaxt istəyinə nail olmayacaq.
Aleksandr Şepsin sözlərinə görə, pul daim şikayət edən adamları sevmir. Odur ki, daim şikayət etməyə son verin.

Həsəd aparmaq vərdişi

Paxıllıq nəinki uğurlu olmağa mane olur, həm də daxildən sizi yeyir, nəticədə insanı psixoloji xəstəliklərə gətirib çıxarır. Başqasının uğuruna paxıllıq edən adam öz planlarını həyata keçirə, fəaliyyət göstərə və irəli gedə bilmir, həmişə narahatçılıq içində yaşayır.

Vaxt öldürmək vərdişi
 Zaman, Vaxt bizimdeyil. Həyatının ən dəyərli saatlarını boşa və məqsədsiz sərf edən insanın başından pul tökülməyəcək. Zamanı boşa sərf etməyin və bu günün işini sabaha saxlamayın, itmiş vaxtı geri qaytara bilməyəcəksiniz.
 Yadda saxlayın ki, heç nə səbəbsiz baş vermir.


Uğur Konsepsiyasının rəhbəri Fərid Mikayılov.

Комментариев нет:

Отправить комментарий