İnsanı yox edən VƏRDİŞLƏR
Şikayət vərdişi
Əgər insan səhərdən axşamacan həyatından və ətrafından
şikayətlənirsə , mənfi enerji yaradır və yayır, son hədəf olaraq özü neçə
düşünürsə o cür insanları öz ətrafına toplayır.Həyatından
şikayət edən insan daha da pis olur və ətrafa da çoxlu neqativ enerji yayır.
Birdən-birə varlanmaq istəyi
Kasıb insanlar
bir çox hallarda hər şeyə birdən-birə sahib olmaq istəyir. Əlavə səy
göstərməyən insan heç vaxt istəyinə nail olmayacaq.
Aleksandr Şepsin sözlərinə görə, pul daim
şikayət edən adamları sevmir. Odur ki, daim şikayət etməyə son verin.
Həsəd aparmaq vərdişi
Paxıllıq nəinki uğurlu
olmağa mane olur, həm də daxildən sizi yeyir, nəticədə insanı psixoloji xəstəliklərə
gətirib çıxarır. Başqasının uğuruna paxıllıq edən adam öz planlarını həyata
keçirə, fəaliyyət göstərə və irəli gedə bilmir, həmişə narahatçılıq içində
yaşayır.
Vaxt öldürmək vərdişi
Zaman, Vaxt bizimdeyil. Həyatının ən dəyərli
saatlarını boşa və məqsədsiz sərf edən insanın başından pul tökülməyəcək.
Zamanı boşa sərf etməyin və bu günün işini sabaha saxlamayın, itmiş vaxtı geri
qaytara bilməyəcəksiniz.
Yadda saxlayın ki, heç nə səbəbsiz baş vermir.
Uğur Konsepsiyasının rəhbəri Fərid Mikayılov.