пятница, 23 января 2015 г.

ilk yazı

İlk yazılar hər zaman fərqli olur...Salam, xoş günlərə. İcazə verin ki, sənlə danışaq. Bu söhbətimizi daha səmimi edəcəkdir. Odur ki, salam. Saqol ki icazə verdin dost. Bu bloqda maksimum faydalı olmağa çalışacam. Bloq şəxsi inkişaf haqqındadır. Hər bloq yazımı bitirəndə sənə hədiyyə də edəcəm. Eləsi olacaq ki, qeyd edəcəm, eləsi olacaq ki, özün tapacaqsan. Hamınıza kömək etməyə çalışacam. Çünki kimlərsə bir vaxt mənə kömək edib. Bildiyini paylaşıb. Mən də, edəcəm.   İlk öncə onu qeyd edim ki, əgər bunu oxuyursansa deməli məndən faydalanmaq istəyirsən. Mən də elə sənə fayda verəcəm. Fayda hər cür ola bilər. Amma bu haqda gələcəkdə. Əgər bura qədər dinlədinsə, oxudunsa faydalanmaq istəyirən. İstəyirsənsə faydalanacaqsan. Çünki istədiyimiz hər şey olur. Düşünsən və desən ki yalan danışma təəccüblənmərəm. Bunu hər kəs deyir ki, istəməklə olmur. Çünki daima bizə aşılamağa çalışıblar ki, istəmək yetərli deyil. İstəməklə baş verməyin əlaqəsi barədə xeyli yazılar olacaq...Hələlik bu ilk yazı və bloq haqqında bir informasiyadır. Mən Mikayılov Fərid 80-ci illərdə doğulmuşam. Müxtəlif sahələrdə çalışmışam. Həyatımın bir dönəmində isə insanlara yardımçı olmağa çalışmışam. Daha rahat və məmnun olmaqlarına kömək etmişəm. Kömək etmişəm ki, həyatları daha asan olsun. İndi bunu ictimailəşdirməyi qərara aldım. Və bu bloqa başladım.  İşlərim hər zaman şəkildəki kimidir. Əla. Buna görə ilk növbədə ALLAHa şükürlər olsun. Daha sonra isə başqalarına, hər kəsə təşəkkürlər. İstərdim ki, sizdə də, belə olsun. Odur ki, bu bloqa başlamışam...

Hər birinizə faydalı olmaq istəyi ilə Fərid Mikayılov

Комментариев нет:

Отправить комментарий