понедельник, 25 апреля 2016 г.

Təhqir və tənqid amilləri.

Salam dəyərli dostlar!
Həyatda insanı narahat edən bir çox amillər var.
Təhqir və tənqid amilləri var.
Təhqir bildiyiniz kimi şərəf və şəxsiyyəti alcatmaq deməkdir və bu hüquqi müstəvidə tənzimlənir.
Tənqid nədir və niyə tənqid olunuruq ?
Tənqid var əsaslı , tənqid var əsassız olur. Hər iki halda tənqid istər istəməz şəxsiyyəti qismən incidir.
Bir amilə nəzər yetirək tənqid edən insan bunu nə üçün edir?
1) Sizin daha da güclü və öa sahənizdə peşəkar olmanızı istəyir
2) Özü həyatda heç nəyə nail olmayıb və öz üstünlüyünü göstərmək üçün tənqid edir.
3) Burda sadalanan iki haldan başqa digər hallar ola bilər.
Nəticə etibarı ilə bizləri tənqin edən şəxsə diqqətlə dinləyib sonda təşəkkür edib kənarlaşmaq lazımdır və deyilənləri analiz edib özümüz üçün müsbət nəticə əldə edək və belə bir xoşagəlməz hal ilə qarşılaşmamaq üçün gələcəkdə hansı addılar atacığımızı düşünək. Bu bizə güclü üstünlük verir.
"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!
"UĞUR KONSEPSİYASI" layihəsinin
Rəhbəri: Fərid Mikayılov.

суббота, 16 апреля 2016 г.

Üçlük sistemi

Salam dəyərli dost!
Həyatda bir çox sistemlər var .
Bu sistemlərdən biri üçlük sistemi adlanır. Əziz dostlar sizləri üçlük sistemi ilə tanış edirəm.

Vaxt. Deyilən söz. İmkanlar - heç vaxt geri qayıtmır.

Sakitliyimizi. Şərəfi. Ümüdlərimizi  - heç vaxt itirməyək.

ALLAHA qarşı inamımız ,sevgimiz. Etibar. Əminlik(düzgün tərəfə) - həyatda dəyərlidir.

Güc . Müvəffəqiyyət . Şərtlər - Həyatda tam etibarlı deyil.

Əmək. Düzgünlük. Nailiyyətlər - İnsanın həyatda kim olduğunu və nəyə qadir olduğunu göstərir.

İçki ,siqaret , insanı haldan çıxaran vaistələr. Lovğalıq .Hirs - Həyatda insanı məhv edir.

Üzür istəmək. Kömək istəmək . Saf və həqiqi sevgini bildirmək -  İnsan üçün çətin olur.



"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!



"UĞUR KONSEPSİYASI" layihəsinin
Rəhbəri: Fərid Mikayılov.

https://www.facebook.com/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si-1377189935936932/

воскресенье, 10 апреля 2016 г.

UĞUR KONSEPSİYASI: Nə üçün istədiyimiz qədər pulumuz yoxdur?

UĞUR KONSEPSİYASI: Nə üçün istədiyimiz qədər pulumuz yoxdur?
https://www.facebook.com/U%C4%9Fur-Konsepsiyas%C4%B1-layih%C9%99si-1377189935936932/

Nə üçün istədiyimiz qədər pulumuz yoxdur?

Salam dəyərli dost!
Nəüçün istədiyimiz qədər pulumuz yoxdur?
Suala cavab verməyə tələsməyək, ilk olaraq aydınlaşdıraq pul nədir?
1) Pul dəyərdir.
2) Pul təşəkkür etməyin sistəmli formasıdır.
3) Pul enerjidir ( cibimizdə pul olmayanda və yaxud az olanda özümüzü narahat hiss edirik)
4) İstədiyini almaq üçün pul ödəməlisən.
5) Bizə təklif olunan məhsulların və xidmətlərin dəyərini ( qarşılığını ) pul ilə ödəyirik.

Əziz dost indi ilk yazılan suala cavab verməyə çalışaq.
Nə üçün istədiyimiz qədər pulumuz yoxdur?
1) Pula qarşı dəyərimiz yoxdur ( pulu dəyərsiz sayırıq ).
2) Pula qarşı mənfi fikirlərimiz var.
3)Düşünürük təklif olunan xidmətin ( xidmətləri ) və yaxud məhsulun (məhsulları ) dəyərini pisləsək və tam pulsuz eldə etmək istəsək yaxşı olacaq.
4) Təklif olunan xidməti ( xidmətləri ) və yaxud məhsulu (məhsulları ) tam ödənişsiz eldə etmək istəyirik, istəyimizə nail olmayanda bizlərə təklif olunan xidməti ( xidmətləri ) və yaxud məhsulu (məhsulları ) dəyərsiz etmək üçün digərlərinin yanında bizlərə təklif olunan xidməti ( xidmətləri ) və yaxud məhsulu (məhsulları ) pisləyirik dəyərdən salmağa calışırıq.

 DİQQƏT! Təklif olunan məhsulun və xidmətin dəyəri barədə sövdələşmə et, bacarirsan danışıqlıqıar apar. Amma dəyərsiz hesab etmə,pisləmə.Xoşuna gəlmirsə alma. Müəyyən bir məhsul və ya xidmət xoşumuza gəlməyə bilər amma bu o demək deyil ki, digər insanın xoşuna gəlməyəcək. İnsanların müxtəliflik  sistemini nəzərə alsaq mənim xoşuma gəlməyən digərinin xoşuna gələ bilər.
Təklif olunan məhsulu və xidməti pisləyiriksə, özümüz anlamadan DİSTURUKTİV ( mənfi enerji) işə düşür və bizləri tədricən pulsuzluq bataqlığına çəkir.

Həyatda uğurlu olmağın öz dəyəri var və bizlər bu dəyəri qazanmaq üçün ödəniş etməliyik.
Sərf olunan zaman ( vaxt ) özü bir ödəniş növüdür.
Mən özüm Fərid Mikayılov " UĞUR KONSEPSİYASI " layihəsinin rəhbəri , yenilikləri öyrənmək üçün ödəniş edirəm( biznes,marketinq,fərdi inkişaf, idarəetmə və .s.) təlimlərə qoşuluram, kitabalar alıram və təbii ki, ödəniş edirəm və bununla mənə təlim keçən şəxslərə təlimlərə görə pul ödəyib təşəkkürümü bildirirəm. Ödəniş etmək, aldığım məhsulun və ya xidmətin qarşılıqlı təşəkkürüdür. Bizlərdə KONSTURUKTİV ( müsbət enerji ) yaradır və hər iki tərəfi ( alan və satan ) məsuliyyətli edir.Bolluq gətirir.
Pul özü təşəkkür etmeyin digər bir sistemidir
Misal üçün: Xoşunuza gələn nə isə alırsınızsa pul verirsiniz bununla siz saticiya təşəkkürünüzü bildirisiniz.

Həyatda həç nə ödənişsiz ( pulsuz , havayı , dəyərsiz) olmur.
Qarşılığı olmayan ( ödənməyən ) heç bir vaistə işləmir.
Qazandığın biliyə görə ödəniş etməlisən.
Yenilikləri öyrənmək üçün ödəmiş etməlisən.
Ödəniş etmək ( pul ) bizlərin məsuluyyətini qarşılıqlı olaraq artırır. Ödəniş edən məsuliyyətli olmalıdır ki, maksimum qazansın , məhsulunu  və ya xidmətini satan tam məsuliyyətli olmalıdır ki, məhsulu və ya xidməti keyfiyyətli olsun.

Bir çoxlarımız düşünə bilərik ödəniş etməsəm də olar. Bu cür düşünən şəxs düz deyirsən olar amma sonra şikayətlənmə və öz uğursuzluğunda digərlərini günahlandırma demə ki, səndən üstün oldu ,bəxti gətirdi və yaxud taleyinə belə yazılmışdır xeyir ele deyil.
Üstünlük qazanan şəxs istəyinə nail olmaq üçün, lazımı biliklərə sahib olub ödəniş edib, məsuliyyətli olub. Ödəniş etmişəm və həyatım qarşısında məsuliyyətli olmalıyam.
Bu cür düşünən insan həmişə digərlərindən bir addım öndə olacaq.

"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!

"UĞUR KONSEPSİYASI" layihəsinin
Rəhbəri: Fərid Mikayılov.


Ünvan : Bakı şəhəri 28 may küçəsi 54. .

пятница, 8 апреля 2016 г.

Konsturuktiv - Disturuktiv eneji

Salam dəyərli dostlar!
Fərdi və qrup seminarlarımızda müştərilərimizi narahat eden suallardan biri
 " ENERJİ NƏDİR?"
İlk olaraq aydınlaşdıraq enerji nədir və enerji tükənirmi?
Enerji daxili generatordur. Enerjinin dadı , qoxusu yoxdur . Enerjini görə bilmərik . Enerjini hiss edirik.
Həyatda olan hər bir canlı və cansız cismin ( cisimlərin ) enerjisi var .
Enerji  bitmir , tükənmir, azalmır. Enerji bir haldan diger bir hala keçir. ( Fizika elmində - diffuziya deyilən qanun var - diffuziya qanununda deyilir cism bir haldan diger bir hala keçir , formasını dəyişir, cismin bir haldan digər bir hala keçməsinə və formasının dəyişməsinə səbəb enerjidir).
Müsbət və Mənfi enerji mövcutdur.
Enerji mənfi haldan müsbət hala və yaxud eksinə müsbət haldan mənfi hala keçə bilər.
Misal üçün: Hər birimizin evimizdə istifadə etdiyimiz mətbəx bıçağı var və mətbəxdə bizim köməkçimizdir
Çörək doğrayırıq və sair işlər görülür ( bizim xeyrimizə olan işlər).
Öz müsbət enerjimizi mətbəx biçağına tətbiq edərək , mətbəx bıçağının enerjisini müsbət enerjiyə çeviririk və bizə çörək doğramağa yardımçı olur. ( Müsbət enerji )
İndi əksini düşünək - mətbəx bıçağını götürüb kiməsə hücüm edək - nə baş verir?
Biz öz mənfi enerjimizi mətbəx biçağının enerjisinə tətbiq edərək mətbəx biçağının enerjisini mənfi enerjiyə çevirərək kiməsə xəsarət yetiririk və sonda nə baş verir?
Hər iki tərəf ciddi ziyan çəkir - xəsarət yetirən və xəsarət alan.
Fərqi gördunüz dəyərli dost?
Kainatda enerjini iki növü mövcuddur.
1) Konsturuktiv - enerji , müsbət enejidir.
2) Disturuktiv - eneji, mənfi enerjidir.

1) Konsturuktiv enerji insanların müsbət işlərindədir.
Misal üçün: Köməklik etmək , məlumatı dəqiqləşdirib sonra demək, yenilikləri öyrənmək, öyrəndiklərini analiz edib ( sənə uyğundur ya yox ) dəqiqləşdirdikdən sonra öz həyatına və insanlara kömək məqsədi ilə tətbiq etmək , sağlamlığımızın qayğısına qalmaq , və. s.
Konsturuktiv enerji hər birimizdə var , düzgün istifadə edə bilsək həyatımızı istədiyimiz kimi gözəlləşdirə bilərik.
2) Disturuktiv  eneji insanın mənfi işlərində , mənfi ( pis ) vərdişlərindədir.
Misal üçün: Diğər insanları müzakirə etmək, siqaret çəkmək, içki içmək, vaxtını boş və mənasız yerə xərcləmək, lovğalıq, özünü digərlərindən üstün tutmaq, digər şəxsi özündən aslı vəziyyətə salmaq ( sağlamaq ), şikayətlənmək, düşünmədən danışmaq, məsiliyyətsizlik , ödəniş etmədən neyə isə nail olmaq .və .s.

Dəyərli dost Konstruktiv enerjinin gücü Disturuktiv enerjinin gücündən  dəfələrlə çoxdur.

"UĞUR KONSEPSİYASI" layihəsinə qoşul Güclü,Strateji,Planlı Düşüncə mədəniyyətinə sahib olub digərlərindən bir addım öndə ol!

Ünvan : Bakı şəhəri 28 may küçəsi 54. .

"UĞUR KONSEPSİYASI" layihəsinin
Rəhbəri: Fərid Mikayılov.